Moskvanın ticarət mərkəzlərində terror xofu 

Sentyabrın 18-də Rusiyanın paytaxtı Moskva şəhərində 3 nəhəng ticarət mərkəzində terror həyəcanı yaşanıb.

“Ölkə.Az” xəbər verir ki, Moskvada yetərincə insan axını olan “Metropolis”, “Atrium” və “Avropa” adlı ticarət mərkəzlərində əməliyyat keçirilib. Əməliyyat polisə daxil olan anonim zəng səbəbindən baş tutub.

Anonim zəng edən şəxs həmin ticarət mərkəzlərinə partlayıcıların qoyulması və güclü partlayış olacağı barədə xəbər verib. Daxil olan zəngdən sonra əraziyə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. Əməliyyat zamanı 3 minə yaxın insan evakuasiya edilib. Əməliyyat zamanı heç bir partlayıcı maddə aşkar olunmayıb.

Qeyd edək ki, dünən  səhər saatlarında Moskvada oxşar hadisə baş verib. Hüquq-mühafizə orqanlarına daxil olan zəngə əsasən, paytaxtın mərkəzindəki iki restoran və gecə klubunda təhlükəsizlik tədbirləri görülüb. Tədbirlər çərçivəsində 200 insan evakuasiya edilib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Moskva şəhərində hər gün terror olacağı barədə xəbərlər verilir. Anonim xəbərlərdə yalandan partlayıcı maddələrin qoyulması bildirilir. Bu səbəbdən indiyə qədər 150 minə yaxın insan evakuasiya edilib. Ümumilikdə 420 obyektdə yoxlama işləri aparılıb. Sentyabrın 16-da da Rusiya polisi gərgin iş rejimində çalışıb. Bu gün hüquq-mühafizə orqanlarına gecə klublarından birinə və kinoteatra bomba qoyulması barədə anonim zəng daxil olub.

Daxil olan zəngdən sonra “Zvezda” kinoteatrı evakuasiya edilib. Partlayış təhlükəsi səbəbindən 150 nəfər binadan təxliyyə edilib.

Bundan başqa, paytaxtdakı 3 gecə klubundakı insanlar evakuasiya edilib. Təxliyyə edilənlərin sayı 200 nəfərdən çox olub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi