Jan Fransua Mansel Fransadan ədalətli mövqe tələb edib

Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi əməliyyatlara başlamasını sərt şəkildə pisləyib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, fəxri millət vəkili Jan Fransua Manselin (Jean-Francois Mancel) imzaladığı bəyanatda bildirilir ki, Azərbaycan öz hüquqlarını müdafiə edir və yaranmış vəziyyət beynəlxalq birliyin ətalətinin nəticəsidir: “Beynəlxalq hüquq normalarını və BMT qətnamələrini pozaraq Dağlıq Qarabağı işğal edən Ermənistan növbəti dəfə təxribat törədib və ciddi toqquşmalar baş verib. Bu vəziyyət, təəssüf ki, münaqişəni nəzarətә aldıqdan sonra heç vaxt beynəlxalq hüquqa uyğun həll təklif edə bilməyən beynəlxalq birliyin ətalətinin nəticəsidir”.

Qeyd edilib ki, Assosiasiya uzun illərdir bu münaqişənin dondurulmamasını, Ermənistanın işğal etdiyi əraziləri azad etməli olduğunu bildirir. “Bu istiqamətdə heç bir addım atılmasa yeni faciəlәr baş verәcәk. Fransa bu məsələdə öz sözünü deməlidir”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi