Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb

Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir.
Döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçu yoxdur. Bütün imkanlar səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə olunaraq öz sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.
Hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb.
Vətəndaşlar (012) 406-68-58, (012) 406-68-84, (012) 406-72-52, (012) 406-72-77 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.
Eyni zamanda vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələri xahiş olunur.
На изображении может находиться: на улице
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi