Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mediasında Ermənistanın təxribatından yazılıb

Ermənistanın 27 sentyabr 2020-ci il tarixində başlamış genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələrinin əkc-əməliyyatla cavab verməsi Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında geniş işıqlandırılmaqdadır.

Monteneqro, Serbiya və Macarıstanda fəliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.

“Sərhəd boyunca Azərbaycan kəndlərinin erməni artilleriya qüvvələri tərəfindən fasiləsiz atəşə tutulması, mülki əhalinin ölümü və yaşayış binalarının dağıdılması ilə bağlı erkən xəbərlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan ordusunun Ali Baş Komandanı düşmənin atəş mövqelərini susdurmaq məqsədilə əks-hücum əmri verib”.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alıb. “Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyunca yerləşən sıx məskunlaşmış mülki rayon və obyektlərin atəşə tutulması qəsdən və məqsədyönlü xarakter daşıyır. Mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar barədə xəbərlər gəlir. Mülki infrastrukturun bir çox ev və obyektlərinə xeyli ziyan dəyib”, – deyə H.Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Ermənistanın yeni təcavüz və müharibə aktına hazırlaşdığı barədə Azərbaycan dəfələrlə beynəlxalq birliyə xəbərdarlıq edib, bu irticaçı ölkənin Azərbaycana qarşı davam edən hərbi təcavüzü və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin olması regional sülh və təhlükəsizliyə xeyli təhlükə yaradır. “Azərbaycanın yaşayış rayonlarını və mülki əhalisini Ermənistanın qəsdən atəşə tutması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-ci il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə hücum Ermənistan silahlı qüvvələrinin hərbi hazırlığına daxil edilmiş taktikadır və 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı bunun bariz sübutudur. Beynəlxalq hüquqa əsasən, erməni silahlı qüvvələri “Azərbaycan ordusunun mövqelərinə, mülki əhaliyə və mülki infrastruktura, iri kalibrli silahların tətbiqi ilə zərbələr endirir. Bu, Ermənistanın növbəti hərbi təcavüzüdür və Azərbaycana qarşı güc tətbiq aktıdır”.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq olar:

https://www.danas.rs/svet/hadzijev-napadi-jermenije-predstavljaju-grubo-krsenje-medjunarodnog-humanitarnog-prava/

http://ba.n1info.com/Svijet/a474355/Azerbejdzanska-vojska-oslobodila-vrh-Murovdaga.html

http://crnogorskiportal.me/sadrzaj/2262

https://skalaradio.com/jermenski-napad-na-azerbejdzan-prijetnja-miru-u-svijetu

http://www.bosnjaci.net/prilog.php?pid=71075

https://dailynewshungary.com/armenian-armed-forces-target-azerbaijani-civilians-tensions-rise-again-in-the-zone-of-occupation-photos/

https://nepszava.hu/3093518_kitort-az-azeri-ormeny-haboru-hegyi-karabahert

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib