UEFA reytinqi: Rumıniya yenidən Azərbaycanı keçdi

Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra baş verib. “Neftçi”nin Bakıda Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzması səbəbində aktivinə cəmi 0,125 xal yazdıra bilib.

Əvəzində “Styaua” Serbiyada “Baçka Topola” ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.

Qeyd edək ki, hazırda Rumıniyanın 2 (“Styaua” və ÇFR), Azərbaycanın 1 (“Qarabağ”) təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP