Nə danışırsan? – Felyeton- YUNUS OĞUZ YAZIR
Şuşanın “köhnə” icra başçısı, sabiq millət vəkili, Qarabağ və Azıx mağarasının yaradıcısı və müəllifi Bayram Səfərov bu günlərdə qəribə açıqlama verib. Deyib ki, bəs Qarabağ ermənilərin əlində olsa da, bizim ordunun nəzarəti altındadır. Bu açıqlamanı oxuyanda yadıma “Görüş” filmindəki kolxoz sədrinin sözləri düşdü: “Nə danışırsan?” Baxmayanlar bu filmə bir də baxsın. Adam yerində olmayanda, illərlə “Qarabağ” icmasına başçılıq eləyəndə belə olar da… A kişi, heç olmazsa ömründə bir dəfə kişi kimi sözünü de də. Day bu qədər də yox da…Adamdan soruşarlar bəs niyə “sənin” , məhz “sənin”ordunun nəzarəti altında olan Qarabağ qaçqınlarına evlər paylayırsan, ilan mələyən çöllərdə bu boyda evləri niyə tikirsən? A kişi, heç kim utandığından, qeyrətindən danışmır deyə, sən sümüksüz dilinin üstünə başgirləyən sözlər qoyub qaçqınların başını aldadırsan. Nə danışırsan? Ağzın dediyini qulağın eşidirmi? Qarabağ ordumuzun nəzarətində olduğu üçün Qarabağda min oyunlardan çıxan Paşınyanın arvadı Anna Akopyan özünü Azərbaycan əsgərlərinə sırımaqdan ötrü “əyilə-əyilə” ismarıc göndərir ki, bəs mən burdayam görün neyləyirsiniz, bu haylardan yorulmuşam, alın məni, daşa-divara çırpın məni, təki sizin olum.. Bizim də şanlı icra başçımız deyir ki, day elə şey yoxdur, biz daha sizdən uşaq istəmirik. Aaa… başa düşdüm. Deməli, demək istəyirmiş ki, orada olan əsgərlər elə öz uşaqlarımızdır. Ona görə nəzarətimizdədir. Anna xanım da, Anna xanımdır ha. Sifətinə baxsa it qayıdıb gedər, hiss edər ki, bu onluq deyil. Bizim kişilər də status yazıb görün nə deyirlər: “Səni tutsam elə o kolluğun dibində o seksual aclığını özüm ödətdirəcəm”. Nə danışırsan? Ayıb deyilmi? Nədi, yenə gələcəkdə məmur ordusunun boşluğunumu doldurmaq istəyirsən? Bunu zatən o qadın- fahişəliyin ən qədim nümayəndəsi də istəyir. Bunu mən yazmıram, qədim tarixçilər yazır. İtə oxşayan, hətta itlə də olmağa razı olan minlərlə erməni axçilərindən doymadınızmı? Yadınızdan çıxıbsa deyim… Nə isə… Nə danışırsınız? Məğlubiyyətimiz bunda deyilmi? Ağdamlılar deyirdilər ki, (Aqil Abbasın qulağından uzaq, söhbət 1988-ci illərdən gedir) ermənilər öz uşaqlarımızdı, bizi görən kimi qaçıb gedəcəklər. Atalarının üzünə ağ olmayacaqlar ki? Nə danışırsan? İndi anladınız? Bu Anna əvvəlcə tək görüntü yaradır, sonra görsə ki, bizimkilərin suyu tökülür, o biri nazirlərin arvadlarını da bu işə cəlb edəcək. Bayram Səfərov bu baxımdan düz deyir: “Qarabağ bizim ordunun nəzarəti altındadır”.
Nə danişdığını bilir, hörmətli Qarabağ icmasının keçmiş rəhbəri!
Nə danışırsan? Belə bir şey olarmı? Hə görün Ənvəroviç nə deyir: “Yetirmələrim, yəni mənim əleyhimə gedənlər, kimlər mənə qarşıdırlarsa adınızı verərəm, aləm bir-birinə dəyər.” Nə danışırsan? Deməli sənin üçün dövlət, millətin inkişafı boş bir söhbət olub, “zənbil” söhbəti doğru olub. Uzun mücadilədən sonra milli dövlətimizin bərpası və inkişafı sənin üçün…. bilirsən bu tarixi romanları ona görə yazırdım ki, bəlkə bir nəticə çıxarasınız. Eynilə Şah Təhmasib dövründə Təbrizin bəylər bəyi Təkəli bəyə oxşayırsınız. Satqınlıq etdi, Sultan Süleymana sığındı. Nəticə bəllidir, bütün tarixi romanlarımı sizin üçün yazırdım ki, bəlkə sizə ibrət olsun.
Nə danışırsınız, ibrət kimi buna fikir vermədiniz, qızışdınız… çıxış etsəm daha sanballı fikirlərimi ortaya qoyacam.
Sonda dostum Cahandar Bayoğlu Turan partiyasının adından müraciət edib.
Nə danışırsan?
Onsuz da Tofiqi bu gün-sabah buraxacaqlar, amma sənə bunu Ənvəroviçlərin davamçıları bağışlamayacaqlar….
Mən də danışmaq istəmədiyimdən qışqırdım: “Nə danışırsan?”
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP