“Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq”- AÇIQLAMA

“İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər”.

Olaylar.az xəbər verir ki, bunu  açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, əgər vahid taksi dispetçeri yaradılsa və vahid qiymət tətbiq edilsə, bu, ictimai nəqliyyatda da gediş haqqına öz təsirini göstərəcək:

“Tarif Şurası qiymət artımını əsaslandırmalıdır və bunun üçün də şərtlər dəyişməlidir; yanacağın qiymətində ciddi artım, avtobuslarla daşınan sərnişinlərin sayı az olmalıdır (ancaq oturacaq sayı qədər). Lakin hazırda bizdə ictimai nəqliyyatda “mehriban olmaq” məsələsi hökm sürür. Qısacası, bu tip əsaslar olmadan Tarif Şurası qiymət artımı edə bilməz. Əgər taksi qiymətləri artsa, bütün tələb ictimai nəqliyyata yönələcək. Amma ictimai nəqliyyat istiqamətində də hələ də yekunlaşmayan, həll edilməsi gərəkən problemlər mövcuddur”.

Ekspert qeyd edib ki, BNA taksi xidmətləri sahəsində olduğu kimi, bu sahədə də xüsusi konsepsiyalar hazırlamalıdır:

“Məsələn; keyfiyyətin artırılması istiqamətində standartların tətbiq edilməsi, leqallaşmanın aparılması, dövriyyənin şəffavlığı, sürücü və müştərilərin təhlükəsizliyinin təmin edilməsi lazımdır. İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər. Qiymətlər indiki kimi 30% artırlsa bu, kifayət qədər dövriyyə deməkdir. Lakin bu qeyd edilənlər hazırki dövr üçün heç də uyğun olmaz”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi