Hikmət Babayev işdən çıxarıldı

Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev işdən çıxarılıb.

Bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin 2 gün əvvəl efirdə səsləndirdiyi “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirləri böyük etiraza səbəb olub.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP