Bakı-Quba-Rusiya ödənişli avtomagistral yolu hazırdır

Bakı-Quba-Rusiya avtomagistralın 30 km hissəsi artıq hazırdır. Ödənişli yol əvvəlki yoldan fərqli olaraq 50 km qısaldılıb. 

Yolun əsas üstünlüklərindən biri odur ki, bu yoldan hərəkət edənlər heç bir yaşayış məntəqəsini görmür. Belə ki, Bakıdan start götürən sürücü Rusiyaya kimi rahat və təhlükəsiz saatda 120 km sürətlə hərəkət edir. Sadəcə sürücülər bu yoldan istifadə üçün xüsusi kart əldə edərək, balansını artıracaq və yolda hərəkətini davam etdirəcək.

Rusiyaya aparan ödənişli yolun birinci məntəqəsində işlər artıq yekunlaşıb. Birinci məntəqə 4 keçiddən ibarətdir. Keçidlərdən biri xüsusi xidmət avtomobillərə aid olan keçiddir.

İkinci keçid isə, sürətli keçid adlanır. Buradan yalnız o avtomobillər hərəkət etmiş olacaq ki, onlar bu keçiddə dayanmadan düz 5-ci məntəqəyə qədər yolu dəf etməli olacaq. Onların kart balansından pul isə, sonuncu keçiddə çıxılacaq. Digər keçidlər adi keçidlər sayılır.

Bu yoldan istifadə edən sürücülər avtomobilinin alın şüşəsinə Cipli kart yapışdıracaq. Keçidlərdə quraşdırılan avadanlığın içərsindəki xüsusi sistem buradan hərəkət edən həmin nəqilyyat vasitəsini dərhal tanıyacaq.

Yol, turizm və kənd təsərüfatı üçün də əlverişli zəmin yaradacaq.

Anar Nəcəfli – AYDA-nın mətbuat katibi: “Yeni avtomobilin tikilməsi ölkədə nəqliyyatın daha da yaxşılaşdırılması ilə yanaşı bölgədə turizmin inkişafına təkan verəcək və dəhlizlə yük daşınmasına əsas rol oynayaraq ölkənin iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkaşafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində bir çox sosial problemlərin həllinə də şərait yaradacaq”.

Yeni magistral avtomobil yolundan istifadə üçün hələ ki, konkret tarif müəyyən edilməyib. Bununla bağlı təkliflər artıq Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ödənişli avtomagistralın ümumi uzunluğu 150 km olacaq. Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Digər işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi