Nazir oğlu öldü

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib. Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək.

Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.