“NAXÇIVAN TOPONİMİNİN ETNOTARİXİ ƏFSANƏLƏR QƏDƏR QƏDİMDİR” KİTABI ÜÇ DİLDƏ ÇAPDAN ÇIXIB

Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri – “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” adlı kitabı üç dildə, anadolu türkcəsi, rus və erməni dillərində çapdan çıxıb.

Kitabın redaktoru AMEA-nın müxbir üzvü mərhum Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.

İşğalçı rus imperatorluğunun “Mərkəzi Baş kilsəsi”nin himayədarlığı altında Eçmiədzin kilsəsi  qədim Naxçıvanın Oğuz – Türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu “erməni Naxçıvanı” adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi.  Bu fantastik mifi  ilk dəfə, professor Əjdər Tağıoğlu “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” əsərində elmi-tarixi faktlarla darmadağın edir.  Müəllif  dünya arxeologiyasına söykənərək o nəticəyə gəlir ki, tarixdə nə “Dünya Daşqını” baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin “əcdadı” hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi m.ö. 5000-ci illərə gedib çıxan Şumer-Türk əhalisinin abidəsi olan “Bilqamıs” dastanının XI bölməsindən götürərək, m.s. “Bibliya”da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çeviriblər.

Müəllif araşdırmasından nəticəyə gəlinir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrin I yarısında yaşayan, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmayan, anonim keşiş  Vartanın adına uydurduğu “erməni Naxçıvanı” iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin “qədim Qafqaz tarixi” qədər illüziya və  mifdir!

Xatırladırıq ki, ilk dəfə azərbaycan dilində 2019-cu ildə işıq üzü görən bu kitabın daha geniş oxucuya çatdırılması üçün kitab Anadolu türkcəsində, rus və erməni dillərində oxucuların ixtiyarına təqdim edilir.

Kitabı Anadolu türkcəsinə çevirən AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus və erməni dillərindən tərcümə edənlər Rəhim Babayev və Sənubər Abdullayevadır.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır