Diaspor könüllüləri xaricdəki həmyaşıdları arasında “Karabakh is Azerbaijan” şüarını təbliğ edirlər

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə xarici ölkələrin gəncləri arasında “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib.

Diaspor könüllüsü Ruslan Vəliyev bildirib ki, bu məqsədlə “Xarici ölkə gəncləri də “Qarabağ Azərbaycandır!” deyir” mövzusunda süjet hazırlanıb. “Karabakh is Azerbaijan” YouTube kanalında yayımlanan süjetdə Alper, Əkrəm və Vədat (Türkiyə), Klaudia, Draqos (CAD), Şoib (Hindistan), Aloa (Qazaxıstan), Mariya Sofiya, Nikola, Ivana (Makedoniya), Dominik (Hollandiya), Şəms (Banqladeş), Şəhrizoda (Özbəkistan), Usama (Pakistan) adlı gənclər öz doğma dillərində “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Onlar şüarları səsləndirməklə kifayətlənməyiblər, həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Ermənistanın Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ona bitişik ərazləri işğal etdiyinə, erməni silahlı qüvvələrinin iyulda törətdiyi hərbi təxribatlar zamanı Azərbaycanın sərhədyanı kəndlərinin artilleriya zərbələri ilə dağıdıldığına diqqət cəlb edilib. Həlak olan şəhidlərimizə görə ölkəmizə başsağlığı verən gənclər Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi