Aydın Quliyev – 60 – Təbrik edirəm!

Yunus Oğuz
yazıçı, publisist

Müdrik olmaq üçün bəzən yaşın, ömrün, illərin fərqi olmur. İnsan bəzən iyirmi yaşında da altmış yaşındakı kimi müdrik, ağıllı, kamil ola bilir. Bu isə onun yaşadığı həyatdan, başına gələn hadisələrdən, yaşadığı dövrdən, onun ictimai-siyasi vəziyyətindən asılıdır. Bu mənada dostum və çox böyük dostum, uzun illərin sirdaşı, “Bakı Xəbər” qəzetinin baş redaktoru, peşəkar politoloq Aydın Quliyevin altmış yaşı hələ uzun illər bundan əvvəl, bəlkə də qırx il, əlli il bundan əvvəl olub. Və bu gün Aydın Quliyevin “altmış yaşı tamam olur” deyə eşidəndə bizə qəribə gəlir. Çünki biz onun altmış yaşını, yəni müdriklik yaşını, kamillik yaşını çoxdan qeyd etmişik.
Aydın Quliyev ölkənin ictimai-siyasi həyatında, media  cəmiyyətində sözünü deyən, özünün dəyişməz dəsti-xətti olan bir qəzetin, bir media orqanının rəhbəridir, baş redaktorudur və həmin media orqanı, həmin qəzet mətbuat aləminə daxil olan gündən bu günə qədər prinsiplərinə sadiq qalıb, tutduğu yoldan dönməyib. Çünki Aydın Quliyev dönməzdir, prinsiplərinə sadiqdir. Aydın Quliyev ictimai-siyasi proseslərə, dövrün hadisələrinə özünün orijinal baxışı olan bir insandır və həmin hadisələrə baxışını, münasibətini bildirəndə özünün iç prinsipindən, dövlətçilik prinsipindən, millətçilik prinsipindən və vətən prinsipindən geri çəkilməz. Bu mənada Aydın Quliyev  tanındığı bütün cameədə, çalışdığı bütün sahələrdə böyük hörmət qazanıb və mən dostumun bu böyük, bu gözəl keyfiyyətlərilə qürur duyuram. Mən  Aydın Quliyevi həyatımın ən dəyərli insanı sayıram. Aydın Quliyevi medianın ən dəyərli baş redaktoru sayıram. Aydın Quliyevi bizim siyasi həyatımızın ən dəyərli siyasi icmalçısı sayıram və hesab edirəm ki, Aydın Quliyevin hər hansı bir sahə üzrə verdiyi proqnozlar, təhlillər həm özünü doğruldur, həm də kifayət qədər dərindir, düşündürücüdür,  həmin proqnozlara, təhlillərə qulaq asmaq mütləqdir, gərəkdir.
Aydın Quliyev həm də çox gözəl dostdur. Şad gündə, dar gündə insanın yanında olan bir dostdur. Altmış yaşı olsa da mən Aydın Quliyevi həm müdrik, həm də çox gənc bilirəm. Çünki Aydın Quliyevin iç dünyasında  bir gənc yatıb və Aydın Quliyev nə qədər yaşa dolsa da, nə qədər uzun bir həyat sürsə də  içindəki on beş yaşlı, on altı yaşlı saf, gənc oğlan həmişə yaşayır və mən hesab edirəm ki, həmişə yaşayacaq. Aydın Quliyev dediyim kimi çox gözəl bir dostdur, çox sadiq bir insandır. Aydın Quliyev insanın əhvalını, psixoloji durumunu onun səsindən bilər,  onun gözlərinə baxarkən bilər və Aydın Quliyevə heç nəyi ətraflı danışmağa ehtiyac yoxdur. O insanı bircə baxışı ilə oxuyar və hansı əhval-ruhiyyədə olduğunu duyar. Bu mənada Aydın Quliyev əvəzsiz bir dostdur, gözəl bir insandır, gözəl media işçisidir və peşəkar,  belə deyək, çox ağıllı bir siyasətçidir. Aydın Quliyevi altmış yaşı münasibətilə təbrik edirəm və dediyim bütün sahələrdə olduğu kimi qalmasını arzu edirəm.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi