O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti azərbaycanlı qanuni oğru oldu.

Hazırda dünyanın müxtəlif həbsxanlarında saxlanılan azərbaycanlı qanuni oğrulardan Rüfıt Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.

Azərbaycandakə cəzaçəkmə müəssisələrində saxlanılan məşhur qanuni oğrulardan isə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adı məlumdur.

Lotu Quli 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Lotu Quli Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın oğru tacını əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skayp vasitəsilə iştirak edib. Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.

Maraqlıdır, Azərbaycandakı cəzaçəkmə müəssisələrində Lotu Qulidən də savayı qanuni oğru varmı?

Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a deyib ki, məhkum məhkumdur, onun hansı aləmdə məşhur olması ədliiyə qurumu üçün əsas deyil:

“Azərbaycanda olan bütün məhkumlara eyni münasibət sərgilənir. Bu və ya digər məhkum kriminal aləmdə müəyyən nüfuza malikdirsə, onlarla bağlı lazımi işlər aparılır. Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda bütün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında kimliyindən asılı olmayaraq, bütün məhkumların cəzalarının icrası və çəkilməsi şərtlərinə tam riayət olunur. Kimin hansı aləmdə, hansı nüfuzu qazanmağından asılı olmayaraq, hər bir məhkum bizim üçün eynidir və qanun qarşısında bərabərdir”.

M.Sadıqov bildirib ki, hansısa məhkumun qanuni oğru statusu alması ona əlavə güzəştlər vermir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi