Azərbaycanlı gənclər #KarabakhisAzerbaijan, #StopArmenianAgression, həştəqlərini dünya trendi edib

Qlobal pandemiya səbəbindən bütün münaqişə və müharibələrin dayandırıldığı bir dönəmdə Azərbaycanın dövlət sərhəddində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsi və bununla bağlı sosial media şəbəkələrində dezinformasiyalar yayması Azərbaycan Diaspor Könüllüləri və diaspor gəncləri tərəfindən hiddətlə qarşılanıb.

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” platformasında birləşən azərbaycanlı diaspor gəncləri, xalqımızın gənclər qanadı və vətənsevər övladları birlikdə iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə twitter´də ölkəmizin dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar.

Gənclər facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression, #StopArmenianOccupation həştəqlərindən istifadə etməklə, facebook.com və twitter.com sosial şəbəkələrində 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Azərbaycanlı gənclər sözügedən həştəqlərlə, ümumilikdə 100 minə yaxın paylaşım ediblər. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb ki, bu da ümummilli məsələlərdə azərbaycanlı gənclərin birliyinin bariz nümunəsidir.

Xatırladaq ki, Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə «Karabakh İs Azerbaijan!» YouTube kanalı yaradılıb. Azərbaycan Diaspor Könüllüləri, diaspor gəncləri ilə birlikdə, Qarabağ həqiqətləri – onun tarixi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri, əhalisi, adət-ənənələri, təbiəti, mətbəxi və s. haqqında Azərbaycan, ingilis, rus və digər dillərdə videoçarxlar hazırlayaraq kanal vasitəsilə yayımlayırlar. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək və bu istiqamətdə həqiqətləri müxtəlif dillərdə dünyaya bir daha bəyan etməkdir.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi