Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdinin qarşısını aldı-VİDEO

İyulun 16-da Azərbaycanın Polşadakı Səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov bildirib ki, bu ölkədə yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Azərbaycanın Varşavadakı Səfirliyinin binasının qarşısında icazəsiz aksiya keçirmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyimizi məlumatlandırıb. Azərbaycan Səfirliyi isə, dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib. 

Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostları bir araya gələrək, Səfirliyimizin binasının qarşısına toplaşıblar. Beləliklə, Azərbaycan Səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan 150 azərbaycanlı gənc kəsib. 

Gənclərimizin Səfirliyin binasını əhatə etdiklərini görən ermənilər planlaşdırdıqları təxribatı həyata keçirə bilməyiblər. Yerli polisin aksiyaçıların arasında mövqe tutmalarına baxmayaraq, binaya yaxınlaşmağa cəhd edən ermənilərə soydaşlarımız  əngəl olublar. Polis erməniləri dərhal ərazidən uzaqlaşdırıb.

Vətənpərvər soydaşlarımız isə, Tovuz təxribatına, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini, “Əsgər marşı”nı ifa edib, cəngi sədaları altında şüarlar səsləndiriblər. Azərbaycan Ordusunu dəstəklədiklərini vurğulayan aksiyaçılar Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızı işğaldan azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin istənilən zaman elan edəcəyi səfərbərliyə hazır olduqlarını bəyan ediblər.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi