İrandan iddia: “Nizami Gəncəvi fars şairidir”

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Cameyi Azərbaycan şairi Nizami Gəncəvini “fars şairi” kimi təqdim edib.

Bu iddianı Tehran Şəhər Şurasının üzvü İslam Respublikasının dövlət qəzeti olan “İran”da dərc edilən məqaləsində irəli sürüb.

“Azərbaycan Respublikasına səfərim zamanı bəziləri məndən Nizamini iranlı hesab etdiyimizin səbəbi barədə soruşurdular. Bu suala cavab vermək çətin deyil. Nizami əslində onun “Xəmsə” əsərini oxuyan, düşüncə dili farsca olan, bu dillə Nizaminin təfəkkürü ilə əlaqə yaradanların soyudur”, – Cameyi yazıb.

O, həmçinin Azərbaycanda Nizaminin heykəllərinin qoyulmasına toxunaraq, Tehran şəhərində də bənzər addımın atılması təklifini irəli sürüb:

“Tehran fars dili ölkəsinin paytaxtıdır. Bu şəhərdə bu mədəniyyətin yaradıcılarının yüksək mövqeyi öz əksini tapmalıdır”.

Məscid Cameyi eyni zamanda Nizami Gəncəvidən İranın Qafqaz və Orta Asiyadakı qonşuları ilə yaxınlaşma və həmrəylik vasitəsi kimi istifadə etməyi təklif edib.

İran rəsmiləri daha öncə də dəfələrlə Azərbaycanın tanınmış simalarını, o cümlədən özünün türk olduğunu yazan Nizami Gəncəvini mənimsəməyə çalışıblar. Azərbaycanın Gəncə şəhərində doğulub, bütün ömrünü doğma vətənində yaşayan Nizami zamanın şəraitinə uyğun olaraq fars dilində yazsa da, türk olduğunu əsərlərində və öz tərcümeyi-halında vurğulayıb.

Onun türkcə divanının olduğu da bildirilir.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi