Prezident İlham Əliyev yeni qanun imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb.
MediaZona.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər ediib:
1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:
“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.