Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə onlayn beynəlxalq dəyirmi masa keçirilib

 

İyunun 16-da dünya ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə xalqımızın Milli Qurtuluş Gününə həsr olunmuş onlayn beynəlxalq dəyirmi masa təşkil edilib.

Tədbir Diasporla İş Üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilib. Məqsəd – görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin vətəndaş müharibəsindən xilas edilməsi, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer qazanması və regionun ən güclü dövlətlərindən birinə çevrilməsi istiqamətində misilsiz xidmətləri barədə dünyanın müxtəlif ölkələrində yaşayan məktəbli soydaşlarımızı məlumatlandırmaq olub.

Onlayn tədbirə Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Amerika Birləşmiş Ştatları, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya Federasiyası, Moldova, Macarıstan, Əlcəzair Xalq Demokratik Respublikası, İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı, Pakistan, Şimali Kipr Türk Respublikası, Tayland Krallığı və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin 9-14 yaş qrupuna daxil olan övladları, eləcə də Azərbaycandan məktəblilər qoşulublar. Ümumilikdə, virtual tədbirdə 100 məktəbli iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə tədbiri açıq elan edib. Milli Qurtuluş Günü barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, hazırda Azərbaycan dinamik inkişaf edən, müasir, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ideyalarına sadiq qalmaq, dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirmək, azərbaycanlı uşaq və gənclər arasında birlik, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək, milli dəyərlərimizi, zəngin mədəni irsimizi qoruyub saxlayaraq, gələcək nəsillərə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxışı zamanı Təhsil Nazirliyinin və Diasporla İş üzrə Dövlət Kömitəsinin rəhbərliyinə, layihənin bütün iştirakçılarına təşəkkürünü bildirib. O, Heydər Əliyevin parlaq ideyalarını bu gün də davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı sayəsində ölkəmizdə uşaq və gənclərin təhsili, intellektual inkişafı və fiziki sağlamlığı üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

Tədbirin gedişində iqtisadi, siyasi cəhətdən inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, müstəqilliyimizin və milli-mədəni irsimizin qorunub saxlanmasına dair videoçarxlar nümayiş etdirilib.

Daha sonra elm, intellektual inkişaf, mədəniyyət, incəsənət və idman sahələrində uğurlar qazanmış uşaq və gənclər çıxış ediblər. Müzakirələr zamanı xaricdə yaşayan uşaqlar valideynlərinin diaspor fəaliyyətindən, ölkəmizin tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdə iştiraklarından bəhs ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə diaspor təşkilatlarının təşkil etdikləri müxtəlif formatlı aksiyalara, milli və tarixi bayramlara həsr olunmuş tədbirlərə valideynləri ilə birlikdə qatılırlar. Müxtəlif festivallarda, müsabiqələrdə, intellektual və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır