Avropa Parlamentindən Paşinyana sərt təpki

10 iyun 2020-ci ildə Aİ-AZ PƏK həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər.

Bəyanat Ermənistan Baş naziri Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə AP-nin münasibətini özündə ehtiva edir.

Bəyanatda deyilir:

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım Jelyana Zovko tərəfindən Ermənistanla Dağlıq Qarabağ arasında yeni yolun tikintisi ilə bağlı BİRGƏ  BƏYANAT:

Brüssel, 10 iyun 2020.  Ötən il elan edilmişdi ki, tezliklə Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə başlanılacaq. Yeni yol infrastrukturu Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcəkdir. Prinsip etibarı ilə biz Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirik. Bununla belə, sözügedən yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilmişdir. Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər. Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq. Biz bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi ifadə edirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün yaxşı niyyətli danışıqlarla bağlı öz öhdəliklərini və səylərini artırmağa çağırırıq.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi