Sosial şəbəkələr idarəolunmaz vəziyyətdə

 

“Hazırda bütün sosial şəbəkələrdə saxta profillər, saxta xəbərlər, şər, böhtansayağı informasiyalar yayılır”

Sosial şəbəkələrdəki idarəolunmaz vəziyyət, bu şəbəkələrin son vaxtlar daha neqativliyə doğru yön alması, təxribat, xaos, hətta terrorizm kimi çağırışlara artıq sosial şəbəkədə rast gəlməyimiz bu sahədə bir tənzimləməni zəruri edir. Bu istiqamətdə ilk addımı demək olar ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp atdı. Belə ki, imzaladığı “Onlayn senzuradan müdafiə barədə sərəncama əsasən nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “təhlükəli güc” tətbiq edirlər. “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər.  Trampa görə, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur

Bəs görəsən, Azərbaycanda bu məsələyə münasibət necədir? Millət vəkili Tahir Mirkişili deyir ki, 1996-cı ildə ABŞ Konqresi “Rabitə Dürüstlüyü Qanunu” (Communications Decency Act) qəbul edib. Millət vəkilinin sözlərinə görə, bu Qanunun 230-cu maddəsinə görə nəhəng texnoloji şitkətlər onların platformalarında yerləşdirilmiş ismarıcların mətnlərinə görə heç bir cavabdehlik daşımırlar: “Yəni, bu qanuna görə Facebook, Youtube, Twitter kimi şirkətlər böhtan atma, şərəf və ləyaqətin alçaldılması ilə bağlı məlumatların yaydıqlarına görə məhkəməyə verilə bilməzlər. Məhz buna görə hazırda bütün sosial şəbəkələrdə saxta profillər, saxta xəbərlər, şər, böhtansayağı informasiyalar yayılır və buna görə nəhəng texnoji şirkətlərə qarşı hüquqi çərçivədə addım atmaq mümkün olmur.
Maraqlıdır ki, son zamanlar saxta informasiyalardan ən çox şikayət edənlərdən biri məhz ABŞ prezidenti D.Trampdır. Bu qanunun 230-cu maddəsi ABŞ prezidentini belə onun sözləri ilə desək “saxta” informasiyaların qurbanına çevirib”. Tahir Mirkişili bildirib ki, ABŞ Prezidenti D.Trampın imzaladığı sənəd “Rabitə Dürüstlüyü Qanunu”nun xüsusilə də sosial səbəkələrdə davranış qaydalarını tənzimləyən 230-cu maddəsini ləğv edir: “Bu sənəd sosial şəbəkələrin fəaliyyətini tənzimləmək və onların böhtan iddiaları qarşısında məhkəmədə toxunulmazlıqlarını ləğv edir. ABŞ-da düşünürlər ki, prezidentin bu sənədi məhkəmədə mübahisələndiriləcəkdir. Çünki sənədə qarşı nəhəng texnoloji şirkətlər və onların lobbiləri çıxış edir. Həm də dəyişikliyin qüvvəyə minməsi üçün Konqresin də müvafiq qərarı tələb olunur, amma Konqres artıq indidən D.Trampın bu təşəbbüsünü dəstəkləməyəcəyini bəyan edib.
Lakin, istənilən halda Ağ Evin bu təşəbbüsü Twitter, Facebook, Google kimi nəhəng texnoloji şirkətləri sosial şəbəkələrdə daha ehtiyatlı olmağa, yazılan ismarıcları daha diqqətlə təhlil etməyə və onları mümkün məhkəmə iddialarından qaçmağa məcbur edə biləcək”.

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva deyib ki, illərdir sosial şəbəkələr kənardan bir çox ölkə və cəmiyyətlərə təsir vasitəsi kimi istifadə olunur. Onun sözlərinə görə, bu proses təkcə ABŞ-ı yox, dünyanın bütün ölkələrini əhatə edir: “ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətin gücləndirilməsinə dair qərar imzaladı. ABŞ sosial medianın vətəni hesab olunması və sosial şəbəkələrin məhz Amerikadakı elmi-texniki tərəqqi nəticəsində texnoloji üstünlük sayılmasına baxmayaraq, 2016-cı ildə prezident seçkisində Trampın lehinə və ya əleyhinə manipulyasiya oldu. Bunu da sosial şəbəkələr üzərindən etdilər. Analoji prosesləri Avropada da gördük. Məsələn, İspaniyanın Kataloniya bölgəsində keçirilən referendum. Qısa vaxtda bir ideya yaradıldı və bununla bölgədə çalxalanmaya səbəb olan proseslərin əsası qoyuldu. Sosial mediada paylaşılan adi bir görüntü ilə bölgədə təxribat törədildi. Bu da Kataloniyanın İspaniyadan ayrılmasına gətirə biləcək prosesə səbəb oldu. Bu, təkcə İspaniyaya yox, bu ölkənin üzvü olduğu Avropa İttifaqına da bir hədə yaratdı”.

Yeganə Hacıyeva deyib ki, digər ölkələrlə yanaşı, Azərbaycanda da eyni proses gedir: “Biz işğaldan əziyyət çəkən bir ölkə kimi görürük ki, sosial mediada aparılan separatizm təbliğatı hansı fikirləri formalaşdırır. Bəzən olmayan bir etnik qarşıdurma haqda reallığa sığmayan fəaliyyətlər həyata keçirilir. Ortada heç nə yoxdur, amma Ermənistan xüsusi xidmət orqanlarına bağlı bir neçə şəxs məqsədli olaraq, talış və türklər arasında olmayan bir qarşıdurmanın görüntüsünü verməyə çalışırlar. Başqa sözlə, bütün dünyada sosial şəbəkələrdən daxilə yönəlik kənar təsir vasitələri və ya alətləri kimi istifadə olunduğu bir faktdır. Donald Trampın sözügedən fərmanına gəlincə, qeyd edim ki, bəzən  bunu böyük korporasiyalar arasında gedən iqtisadi rəqabət olduğunu iddia edənlər də var. İstər ABŞ, istər Rusiya, istərsə də Avropada bunu dilə gətirənlər mövcddur. Amma reallıq budur ki, 2016-cı il seçkilərini udan Donald Trampın legitimliyi o dönəmdə sosial şəbəkədə aparılan əks-təbliğat və kampaniyalara görə şübhə altına alınmışdı. Bundan sonra ABŞ Konqresi, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi sosial şəbəkələrin seçkiyə kənar təsir vasitəsi kimi istifadə olunduğunu aşkar etdi. Düzdür, bu aşkarlıq seçkinin nəticələrinə təsir etmədi, amma bu prosesi ciddi bir şübhə altına saldı”. Ekspert bildirib ki, sosial media üzərindən ayrı-ayrı dövlətlərə yönəlik daxili informasiya siyasətinin sındırılması prosesi təkcə lokal bölgələri deyil, qlobal səviyyədə təhlükəsizliyə hədədir: “Bir çox ölkələrdə dövlətin informasiya siyasətinə sosial media diktə edir. Bu, çox təhlükəlidir, əslində bütün dünyada belədir. Dövlətlərin informasiya siyasətini ünvanı bəlli olmayan sosial media müəyyən etməməlidir, bunu öz daxili və xarici maraqları çərçivəsində dövlət müəyyənləşdirməlidir. Məsələn, sosial şəbəkədə şübhəli səhifələr bir mövzu diktə edir. Sosial medianın fikir liderləri, bir sıra xəbər saytları, yaxud hansısa şəxslər bu mövzudan öz maraqları üçün istifadə edirlər. Nəticədə dövlətin siyasətini bəlli olmayan bir ünvan müəyyən edir. Aydındır ki, o biri tərəfdə kimsə var və bu onun məramıdır. Hesab edirəm ki, Donald Trampın imzaladığı fərman bu yöndə birincidir, amma sonuncu deyil. Bu prosesin ardınca, ayrı-ayrı dövlətlərdə sosial mediaların nəzarətə götürülməsi ilə bağlı addımlar atacaqlar və bu ən doğru qərar olacaq. Çünki texnoloji üstünlüklərdən istifadə edən, bunların ünvanı olan korporasiyalar dövlətlərə müharibə elan edirlər. Pandemiya dönəmində biz bu prosesləri açıq formada gördük. Gördük ki, bütün ölkələrdə dövlətlərin və hakimiyyətlərin nəzarətindən kənarda proseslər gedir. Cəmiyyətlərə də məhz həmin proseslər diktə edir”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır