Cavanşir Feyziyev Şirinbulaq sakinləri ilə görüşüb

Cavanşir Feyziyev Şirinbulaq kəndinin sakinləri ilə görüşüb. Şəki 115 saylı seçki dairəsindən deputat seçilmiş Cavanşir Feyziyev 29 may 2020-ci ildə dairənin Şirinbulaq kəndində seçicilərlə görüşüb.

Şirinbulaq kəndi Şəkinin dağlıq ərazisində və yol-nəqliyyat infrastrukturundan qismən kənarda yerləşən ucqar kəndlərdən biridir. 2019-cu ilin yay aylarında deputatla görüş zamanı sakinlər kənddə telefon rabitəsinin olmadığını, ətrafdan keçən magistral yollara qədər olan 13 km-lik məsafənin torpaq yol olduğunu və pis hava şəraitində kəndə giriş-çıxışın çətinləşdiyini bildirmişdilər. Həmin vaxt deputatın müvafiq qurumlara müraciətindən sonra kənddə mobil rabitə operatoru Bakcell tərəfindən siqnal qəbuledici antena quraşdırılıb və Şirinbulaq kəndini Əlyar kəndi ilə birləşdirən yeni asfalt yolun çəkilişinə başlanıb.

Deputat yol çəkilişi ilə bağlı aparılan işlərlə yerində tanış olub. Hazırda eni 10 m olacaq yeni asfalt yolun çəkilməsi üçün qazıntı və bərkitmə işləri aparılır. Dağlıq ərazidə yeni yolun çəkilişi üçün əraziyə çoxsaylı xüsusi texnika gətirilib. Kənd sakinləri kənddə görülən abadlıq işlərinə görə prezident İlham Əliyeva minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin xüsusi karantin rejimində kənd sakinlərinə göstərilən humanitar yardım, aztəminatlı ailələrin ictimai işlərə cəlb olunması və s. məsələlər müzakirə olunub. 90-cı illərdə kəndi tərk edib Rusiyaya getmiş kənd sakinlərinin artıq geri qayıtmağa başladığı bildirilib.

Vətəndaşlar həmçinin kənddə yeni məktəb binasının tikilməsinə ehtiyac olduğunu bildiriblər. Mövcud məktəb binasına baxış keçirilib və müvafiq qurumlar qarşısında yeni məktəb binasına ehtiyac olması haqqında məsələ qaldırılması qərara alınıb. Görüşdə kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak edib.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi