Kamal Cəfərov: Ölkə başçısının rəhbərliyi ilə xalqımız bu sınaqdan da şərəflə çıxacaq

Vergi güzəştlərinin tətbiqi sahibkarlara postkoronavirus dövründə iqtisadi aktivlərini qısa zamanda bərpa etmək imkanı verəcək.

Bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Millət vəkili bildirib ki, bu gün bəşəriyyət böyük sınaq qarşısındadır:

“Dünya istər iqtisadi, səhiyyə, istərsə də sosial-psixoloji cəhətdən gözlənilməz zərbənin təsiri altında mübarizə aparır. Bəzi ölkələrin doğrudan da böyük itkilərlə üzləşdiyi zamanda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və doğru istiqamətdə atılan addımlar ölkəni gözlənilən böhrandan qorudu”.

K.Cəfərov vurğulayıb ki, Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, koronavirus pandemiyasına qarşı mühüm səhiyyə tədbirləri həyata keçirildi, dövlət başçısının təşəbbüsü ilə müasir tibb müəssisələri açıldı.

Deputat bildirib ki, sosial təminat və sağlamlıq məsələlərinin ön plana çıxması, bu istiqamətdə atılan doğru addımlar onu sübut etdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən edib:

“600 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, DOST İş Mərkəzləri vasitəsi ilə 90 min ödənişli ictimai iş yerlərinin yaradılması, 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi və s. sadaladığım və sadalamadığım onlarla addım, verilən çevik reaksiyalar bizi bu böyük bəlanın qarşısında güclü etdi.

Əminəm ki, ölkə başçısının rəhbərliyi ilə bizim xalqımız bu sınaqdan da şərəflə çıxacaq. Prezident İlham Əliyev belə bir fikir səsləndirdi: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır”.

Deputat vurğulayıb ki, bu fikirlərin müəyyən etdiyi istiqamət göstərir ki, koronavirusun mənfi təsirlərinin minimuma endirilməsi, sahibkarların daha qısa zamanda öz fəaliyyətlərini bərpa etməsi əsas hədəf olacaq.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi