QAYDALAR DƏYİŞDİ: 190 manatı almaq üçün bunları edin – ŞƏKİLLİ TƏLİMAT

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

ƏƏSMN-in istifadəyə verdiyi e-sosial.az saytında daha əvvəl tətbiq edilən qeydiyyat üsulu dəyişdirilib.

Məlumat üçün bildiririk ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az (e-sosial.az/#) portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Həmin təlimatlar aşağıda göstərilən ardıcıllıqla aparılmalıdır.

Açılan pəncərədə FİN kod yazılırŞəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi daxil edilir (“AZE” və ya “AA” hissəsinin yazılması vacibdir!)Daha sonra “YOXLA” düyməsi basılır. (ŞƏKİL 1)

ŞƏKİL 1

Bundan sonra “ad”, “soyad” və “ata adı” üçün tərtib edilən xanalar sistem tərəfindən doldurulur. Yəni bu xanalar vətəndaş tərəfindən yazılaraq DOLDURULMUR! (ŞƏKİL 2)

ŞƏKİL 2

Daha sonra müvafiq olaraq yaşadığınız şəhəri, faktiki yaşadığınız ünvanı, e-mailinizi və telefon nömrənizi yazmalısınız.(ŞƏKİL 3)

ŞƏKİL 3

Daha sonra “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər” xanasını seçməlisiniz (ŞƏKİL 4 və ŞƏKİL 5)

ŞƏKİL 4

ŞƏKİL 5

Bundan sonrakı mərkələdəd “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçilməlidir. (ŞƏKİL 6 və ŞƏKİL 7)

ŞƏKİL 6

ŞƏKİL 7

Bu mərhələləri uğurla tamamladıqdan sonra “Müraciətin növü” bölməsindən “Ərizə” xanası sekilməlidir. (ŞƏKİL 8)

ŞƏKİL 8

Daha sonra təhlükəsizlik mərhələsini keçmək üçün SƏKİL 9-da göstərilənlərə əməl etməlisiniz.

ŞƏKİL 9

Yuxarıda qeyd olunan mərhələləri uğurla tamamladıqdan sonra “GÖNDƏR” düyməsinə basmaqla müraciətinizi ƏƏSMN-ın bazasına yollamış olacaqsınız.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi