Fuad Muradov bu sınaqdan da üzü ağ çıxdı

Bəlkə də çox adam bilmirdi ki, dünyanın inkişaf etmiş ölkələrində bu qədər azərbaycanlı həkim var. Koronavirus pandemiyası başlayandan həm Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin sosial şəbəkə paylaşımlarında, həm də ölkə mediasında, əsasən də TV-lərdə xaricdə yaşayan onlarla azərbaycanlı həkimin məsləhətlərinə rast gəlirəm. Bu gün dünyada yaşayan Azərbaycan həkimlərinin səfərbərliyinin şahidiyik.

Komitənin Diaspor TV-sində ABŞ-da yaşayan azərbaycanlı həkim Ağa Quliyevə böyük maraqla qulaq asdım. Məsləhətləri maraqlı və vacib idi. İtaliyadan Bahar Milano mühüm məqamlara toxundu. Bu cür onlarla  faktı sadalamaq olar.

Bu gün dünya azərbaycanlılarının daha böyük həmrəylik nümayiş etdirəcəyi zamandır. Biz bu həmrəyliyi, azərbaycanlıların bir-birinə necə maddi-mənəvi yardım göstərməsini hər gün izləyirik və alqışlayırıq.

Koronavirus niyə yaranıb və yaxud yaradılıb, beynəlxalq güclər bu problemi nəyə hesablayıblar, bunlar tamam başqa mövzudur. Əsas məsələ ən inkişaf etmiş ölkənin belə qarşısında aciz qaldığı virusun kökünün kəsilməsi və bu dövrdə hər bir insanın üzərinə düşən məsuliyyəti dərk etməsidir. Bu məsuliyyətin dərk olunmasında inanılmış həkimlər az rol oynamır.

Həkimlərimiz, xüsusilə də xaricdə işləyən, böyük təcrübəsi olan həkimlər əhalinin maariflənməsində olduqca fəal iştirak edirlər.

Onların bu qədər fəal olması, xalqımızın yanında olmaları məhz Diasporla İş üzrə Dövlət Komitəsinin birləşdirici siyasətinin, uğurlu layihələrinin nəticəsidir. Mənə görə Fuad Muradov bu sınaqdan da üzü ağ çıxdı. Məhz onun Komitəyə rəhbərliyi dövründə həyata keçirilən  layihələr birləşdirici rol oynadı, belə bir həmrəyliin təməlini yaratdı. Bu, sadəcə diaspor siyasəti deyil, Fuad Muradovun “Vətən uzaqda deyil” şüarı ilə başladılan həmrəylik marafonudur.

Çoxumuz xarici təcrübələrə bələdik və bilirik ki, Avropada, Amerikada çalışan həkim üçün, xüsusilə indiki vaxtda nəyəsə zaman ayırmaq nə qədər müşkül bir işdir. Onların çoxu yəqin ki, yaşadıqları ölkələrin vətəndaşlarıdır və öz ölkələrində, öz iş yerlərində məsuliyyətləri var. Amma biz nəyə şahid oluruq- bu qədər gərginliyin içində azərbaycanlı həkimlər Ana vətənlərini və bizi-dünya azərbaycanlılarını unutmurlar. Bu, qazanılmış etibarın təzahürüdür. Həmin etibarı Fuad Muradov və onun komandası qazanıb, həm də atıqlaması ilə.

 

 

Fatimə Paşayeva

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi