Cahangir Məmmədli: Kasıbların bankomat kartlarını özlərinə qaytarın

Dilimizdə vaxtla bağlı bir neçə müqəddəs anlayış var: azan vaxtı, iftar vaxtı, namaz vaxtı və s. Bu sıraya çox vacib birini də əlavə etmək olar: tövbə vaxtı. Sıranın əvvəlindəki bütün vaxtlar hamı üçün eyni zamana düşür. “Tövbə vaxtı”nı isə tövbəyə ehtiyacı olan hər kəs özü seçir. Amma bir “tövbə vaxtı” da var. Onu Tanrı özü göndərir. Belə bir vaxt, adətən, ümumibəşəri faciələr zamanına düşür. Bu gün biz ümumibəşəri faciə anındayıq. Bu faciəni dəf etmək üçün bütün dünya dövlətləri, o cümlədən bizim dövlətimiz tədbirlər görməkdədir. Azərbaycan xalqının dövlətə, millətə bu qədər bağlılığını indi- Prezidentin koronavirusu dəf etmək üçün ianə təşəbbüsü zamanı daha aydın gördük. Dövlət, xalq, millət heç yerdə olmayan birgəliyi bizdə göstərdi. Təmiz sahibkarlar, namuslu iş adamları ləyaqətlə qazandığı vəsaitdən məlum mübarizə fonduna bol-bol pay köçürtdü. Onların hamısını xalqın duası hər cür çətinlikdən xilas edəcək.

Amma bu xalqın içərisində tövbəyə ehtiyacı olanlar da az deyil. Mən ilk növbədə oliqarxlara üzümü tuturam: Yığdığınız çirkli pullardan dolayı Tanrıdan tövbə diləyin. İndiki çətin zamanda o çirkli pulları təmizləməyin min bir yolu var. O yollardan birini seçin! Mən üzümü Neftçalanın dünənki başçısına bənzər icra başçılarına tuturam: Kasıbların bankomat kartlarını özlərinə qaytarın! Mən üzümü tələbəsindən rüşvət tələb edən müəllimə tuturam: “Hər şeyin axırı bir metrlik qəbirdir” həqiqətini unutmayın! Mən üzümü layiq olmadığı vəzifəyə rüşvət gücü ilə təpilən məmura tuturam: tövbə elə, yoxsa sən də bir gün gördüklərimizin gününə düşəcəksən. Mən üzümü ağır günah sahiblərinin hamısına tuturam: Bəşəriyyətin üzləşdiyi bəla anı həm də tövbə anıdır. Tövbədən çəkinməyin, Allah bağışlayandır…

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib