Türkiyədə Xocalı prospektinin açılışı və “Hataydan Xəzərə” layihəsinin təqdimatı olub – FOTOLAR

Azərbaycan nümayəndə heyəti Türkiyənin Osmaniyə və Hatay bölgəsinə səfər edib.

Ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və başqalarının təmsil olunduqları nümayəndə heyəti şəhər mərkəzindəki Xocalı prospektinin açılış mərasimində iştirak ediblər. Sonra Azərbaycan nümayəndələri ilə Osmaniyə valisi Ömer Faruk Coşkun arasında görüş keçirilib.

Hatay şəhərinə səfər bu dövlətin ilk və yeganə prezidenti olmuş Tayfur Sökmənin vəfatının qırxıncı ildönümünə həsr olunan anım mərasimindən başlayıb.

Mərasimdə böyük öndər Mustafa Kamal Atatürkün və Tayfur Sökmenin abidələri önünə çələng qoyulduqdan sonra İstiklal Marşı səsləndirilib. Tədbirdə çıxış edən Hatay valisi Rahmi Doğan hazırda Türkiyənin daha güclü olduğunu deyib: “Minillik şəhid qanları ilə suvarılan bu müqəddəs torpaqları işğal etmək, parçalamaq və bölmək istəyənlərə bu xalqın övladları canları hesabına cavab verdilər. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi çox mürəkkəb idi. Ancaq ürəyi cəsarətlə dolu olan bu millətin övladları Kut-ul Amare, Çanakkale, Sarıkamışda üç qitədə, 7 cəbhədə vuruşdular və dastanlar yazdılar. Müstəqillik uğrunda mübarizələri davam etdirdilər”.

Azərbaycan nümayəndələrinin mərasimə qatılmasından məmnunluğunu ifadə edən vali iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib.

Nümayəndə heyəti İdlib şəhərində hərbi əməliyyatlar zamanı yaralanaraq Hatay Dövlət Xəstəxanasında müalicə olunan qəhrəman türk əsgərlərini də ziyarət edib, onlara tezliklə sağalmalarını diləyib. Hərbçilərə Azərbaycan adından sovqat paylanılıb.

Sonra azərbaycanlı qonaqlarla vali Rahmi Doğan və Hatay Böyük şəhər bələdiyyəsinin sədri Lütfü Savaş arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasındakı sosial, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək münasibətlərdən, Hatay şəhərinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Azərbaycan nümayəndə heyətinin səfəri yüksək qiymətləndirilib və bu cür görüşlərin qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsindəki əhəmiyyəti vurğulanıb.

Azərbaycanlı diplomat Hatay vilayətinə səfər etməkdən məmnunluğunu bildirərək, Türkiyə kimi güclü bir dövlətlə qardaşılıq münasibətlərinin əhəmiyyətinə toxunub.

Hatay Böyük şəhər Bələdiyyə Məclisində keçirilən toplantıda isə X.İbrahim, V.Hacıyev, L.Savaş və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür çıxış ediblər. Toplantıda ölkələrimiz arasında sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan “Hataydan Xəzərə” qardaşlıq körpüsü layihəsinin təqdimatı olub. Qeyd edilib ki, layihə çərçivəsində ölkəmizin bir sıra şəhərləri ilə Hatay bölgəsinin 15 şəhəri arasında qardaşlaşma planlaşdırılır.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi