Qənirə Paşayeva: “O siyahıda nə varsa əgər deyirsinizsə mənimdir, sizə bağışlayaram”

“Bütün hər kəsin diqqətinə! Oxuyun bu məlumatı xahiş edirəm! Əziz dostlar bir azdan gedib xaricdə oturub yalan sıyahılar yayan Həbib Müntəzir adlı yalançı və böhtançının güya mənim və ailəmin biznesidir deyə yaydığı siyahı ilə bağlı daha geniş açıqlamam olacaq.

Bu sözləri deputat Qənirə Paşayeva  bloqer Həbib Müntəzirin onunla bağlı yaydığı mülk və obyektlərin siyahısını şərh edərkən bəyan edib və bunu özünə atılmış böhtan adlandırıb: “Bütün müstəqil jurnalistləri çağırıram. O siyahıda Bakı şəhərində 3 otaqlı evdən və illərdir yaşadığım Masazır kəndindəki evimdən hansı ki bu evdə bir çox jurnalistlər olub hər kəs də gəlib baxa bilər burada çox insanlar yaşadığım evi tanıyır ki (dəbdəbəli villadan söhbət gedə bilməz) o iki evdən başqa o siyahını araşdırın görün kimlərə məxsusdır. Tam məsuliyyətlə deyirəm o siyahıdakı rayonlardakı bizneslərin o cümlədən Tovuzda otelin mənə, qardaşlarıma, bacıma bir sözlə bizim ailəyə aidiyyatı yoxdır. Hansı jurnalist istəyir o siyahını alıb araşdırsın gerçəkləri ortaya çıxarsın. Görsunlər ki həmin yerlər kimindir və mənim ailəmlə ümumiyyətlə hər hansı bağlılığı varmı? Bunu araşdırmaq çox asandır. Amma ondan sonra başda bu yalan siyahanı yayan yalançı və böhtançı Həbib Müntəzir başda olmaqla bu yalanı yayanların hamısından cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Daha geniş açıqlama da olacaq. Yalanlara artıq yetər deməyin zamanıdır. Mən illerlə gecə-gündüz onun üçün çalışmıram ki Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın. Mən jurnalist kökənliyəm və Həbib Müntəzirə də, siyası düşüncələrimdən dolayı,cənab Prezidenti dəstəklədiğimdən dolayı əleyhimə sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətim çox şükr çatır. Sadəcə onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyet üçün faydalı işlərə sərf etmek daha vacibdir. Xaricdə oturub yalan yaymaq asandır. Amma her bir insan yalanlarına görə cavab da verməlidir. O siyahada şəhərdəki 3 otaqlı evmdən və Masazırdakı evimdən bura həm de bağımdır( başqa yerdə bağım yoxdur) başqa o siyahıda nə varsa əgər deyirsinizsə mənimdir size bağışlayaram. Gedin həmin yerə onda gerçəklər ortaya çıxacaq. Adama daha necə izah edərlər. Amma təəssüf ki, Həbib Müntəzir kimilərinin dərdi gerçəyin ortaya çıxması deyil yalanları yaymaqdır. Ona heç cavab da verməyəcəkdım yalanlarından dolayı. Sadəcə yazdıqlarına  her hansı bir sade vetendaşımız inana bilər deyə onlara, vətəndaşlarımıza sayğımdan yazdım. Çünki Müntəzirlər əslində məqsədli bu yalanı yayıb. Yazdığım bu yazını yayın qoyun bütün insanlarımız yalan siyahi yayanları tanısın. “”Qənire Paşayeva.MediaZona.Az

 

 Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib