Yunus Oğuz “Yaddaş”dan istefa verdi
AzTV-nin Mədəniyyət kanalında Yunus Oğuzun müəllif və aparıcısı olduğu “Yaddaş” verilişi ötən həftənin cümə günü efirə çıxmadı.
Məlumata görə efirə çıxmayan proqram 20 Yanvar hadisələrinə və Ulu Öndər Heydər Əliyevin həmin günlərdə göstərdiyi fəaliyyətə həsr edilib. Verilişdə əslən Naxçıvandan olan müsahiblər həmin qanlı faciə və ümummilli lider haqqında danışıblar.
Maraqlıdır 20 yanvar faciəsi və Ulu Öndər Heydər Əliyevdən danışılan bir veriliş niyə efirə buraxılmasın?
Əldə etdiyimiz məlumata görə Yunus Oğuz da heç bir səbəb göstərilmədən müəllifi olduğu proqram efirə getmədiyi üçün “Yaddaş” verlişinin aparıcılığından istefa verib.MediaZona.Az