“Qarabağ”ın uduzması və Şuşa yağışı

 

«Qarabağ» uduzdu. Hamı möcüzə olmayacağını bilirdi, amma bu hesabı da gözləmirdi. Məyusluq var. Çünki meydanda bizim uğurlarına sevindiyimiz «Qarabağ» idi.

Fasilədə dostlardan biri zəng edib məni danladı. «Bu nə oyundu» deyə? ««Yuventus» da uduzur, insafın olsun» deyəcəkdim, amma demədim. Çünki «Qarabağ» futbolu hətta bu gecə «Çelsi» nin hansı titullu klub olduğundan xəbərsiz adamlara da sevdirib, bunun yalanı yox. Hamı bu kluba azarkeşlıik etdiyini bir vasitə ilə bildirir. Heç «Yuventus» yadamı düşür…?

Bu gecə yazmağın bəlkə də yeri yoxdur. Amma «Qarabağ» çox adamlar üçün indi Qarabağa gedən yol kimidir. Hətta qarşısındakı divarı belə yalın əllə yarmağın mümkünlüyünə inanmaq istəyirlər. Londondakı məğlubiyyəti sinirə bilməyənləri bu baxımdan anlamaq lazım… İnanmazsız, XXI əsrdə belə adamlar var. İstəyirlər «Qarabağ» hətta mümkünsüzü belə etsin ki, sabah elə cəbhədə də bu cür uğurlar başlasın. Nə yaxşı ki, belə adamlar var…Sevinmək lazım…

… Bakıda iki aydan çoxdur yağış yağmır. Londonda isə oyun boyu yağış deyəsən heç kəsmədi. «Qarabağ» bu hesabla uduzmağa layiq komanda deyil. Amma bu gün alınmadı. Heç nə alınmadı… «Qarabağ» kimlə oynadığının psixoloji basqısını üzərindən ata bilmədi. «Çelsi»yə qol vurmaq üçün bütün boşluqları verdilər və onlar da vurdu… vurdu…

Image result for Garabakh Chelsea

Bu hesaba təskinlik üçün söz tapmaq çətin. Ən pisi «Qarabağ» bu gecə meydanda xarakter göstərə bilmədi. Biz «Çelsi»yə 6 top fərqi ilə uduzmaq üçün ÇL qrupuna düşək deməmişdik… Amma bu gecə belə oldu. Qarşıda oyunlar var… Belə oynamamaq lazım…

…Hava proqnozu bu gecə Şuşada yağış yağacağını xəbər vermişdi. Şuşaya Londondakı kimi yağış yağdımı görən…?

Nazim Sabiroğlu

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi