Marneulidə yaşayan soydaşlarımız üçün möhtəşəm konsert təşkil olunub

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə maraqlı konsert təşkil olunub.

Konsert Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunub. Tədbirdə səfir Dursun Həsənov çıxış edib və konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Diplomat Azərbaycanın müstəqillik tarixinə nəzər salıb, ulu öndər H.Əliyevin siyasi kursundan və bu gün həmin siyasi kursun uğurla davam etdirilməsi nəticəsində ölkəmizin daha qüdrətli dövlətə çevrilməsindən danışıb.

Daha sonra Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi aparatının rəhbəri Tina Qogeliani, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Tədbir iştirakçılarına maraqlı konsert proqramı təqdim olunub. “Natiq ritm qrupu” və digər musiqiçilərin çıxışları alqışlarla qarşılanıb. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.
Paytaxt Tbilisi və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi