“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlı kəndinə səfər edib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə Komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarına Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl həriflərlə yazılan, Aprel Qəhrəmanlarının şah əsəri olan “Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndinin tanıdılması, Cocuq Mərcanlıda təhsil alan məktəblilərə mənəvi dəstəyin göstərilməsi, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqətində olduğunun bir daha nümayiş etdirilməsidir.

Dövlət Komitəsinin nümayəndə heyəti Cocuq Mərcanlıya səfər çərçivəsində, Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsini də ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev nümayəndə heyətinə məktəb barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda 84 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə iş üzrə koordinator Bəxtiyar Rəhimov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində vətənimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb. Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, növbəti görüşləri işğal altında olan torpaqlarımızda, Şuşada keçirməyi arzulayıb.

Sonra məktəb şagirdləri qonaqların qarşısında vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olan qonaqlar Dövlət Komitəsi adından məktəbin kitabxanasına kitablar hədiyyə edib.

Eyni zamanda, səfər zamanı Dövlət Komitəsinin nümayəndələri və Diaspor Könüllüləri Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanış olublar. Qonaqlar məscidə baş çəkib və Qayıdış parkında gəzintiyə çıxıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərini rəhbər tutaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirir. Cocuq Mərcanlıya səfər də Proqramın tərkib hissəsi kimi təşkil olunub.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi