Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Polşa Respublikasına səfəri çərçivəsində ilk olaraq Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsi ziyarət edilib. Abidə önünə əklil qoyulub.

Azərbaycan nümayəndə heyətini şəhər meri Tomaş Budaş qarşılayıb və iki ölkənin nümayəndələri arasında maraqlı görüş olub. Qeyd olunub ki, Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin dərin tarixi kökləri var və bu abidə də dostluq əlaqələrinin ən bariz nümunəsidir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səmimi münasibətə görə Qniezno şəhərininin meri və nümayəndə heyətinə təşəkkür edib, ölkələrimiz arasındakı isti münasibətlərin daha da dərinləşməsi, buradakı Azərbaycan diasporunun və Azərbaycandakı polyak icmasının fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri H.Həsənov iştirak edib və  Azərbaycan-Polşa əlaqələrinin inkişafı ilə bağlı çıxış edib. 

Görüş zamanı xatirə hədiyyələri təqdim olunub.

Xatırladaq ki, Polşanın qədim paytaxtı sayılan Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsi Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində  ucaldılıb.

Abidə üz-üzə dayanmış palıd ağacı yarpağı formasındadır və onun iç tərəfində Azərbaycanın və Polşanın müasir siyasi xəritələri təsvir edilib. Abidə üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma Papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirləri yer alıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Polşaya səfəri davam edir.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi