Əflatun Amaşovdan Mehman Əliyev açıqlaması

«Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir. Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq».

 

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov APA-ya açıqlamasında deyib.

 

Ə. Amaşov bildirib ki, dövlət başçısının ölkədə söz və ifadə azadlıqlarının təminatçısı olması dəfələrlə təsdiqini tapmış danılmaz reallıqdır. «Əlbəttə, Mehman Əliyevlə bağlı məsələ araşdırılacaq. Ancaq hesab edirik ki, onun azadlıqda olması mühüm şərtdir. Dövlət başçısının mediaya yanaşması da bundan ibarətdir. Buna görə, ayrıca Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas yanaşdığı üçün cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk», – deyə Ə.Amaşov vurğulayıb.

 

MŞ sədri həmçinin bildirib ki, prezident İlham Əliyev çıxışlarında Azərbaycanda jurnalist həbsi ilə bağlı məsələlərdə bir növ, moratoriumun qeydə alındığını bildirib. Burada başlıca məqam ümumən media təmsilçilərinin fəaliyyətinin cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə yönəlməsidir: «Söz və məlumat azadlığı ali demokratik dəyərdir. Buna görə də kütləvi informasiya vasitələrinin əməkdaşları sırf peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmirlər. Cənab Prezidentin iradəsi belədir və hələ 2009-cu ildə bununla əlaqədar rəyi olub. Prinsipial məqam budur. Bir neçə il öncə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili həbs ediləndə də cənab İlham Əliyev eyni prinsipiallığı nümayiş etdirmişdi. Prezidentin mövcud istiqamətdəki yanaşması jurnalistika baxımından böyük jestdir. Bir daha cənab İlham Əliyevə Mətbuat Şurası və ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk».

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi