Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Lüksemburqun “Jozi Bartel” stadionunda UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Düdelanj” qarşılaşması zamanı ermənilər tərəfindən törədilən təxribatçı əməli qətiyyətlə pisləyir.

Bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivləşməsi və bu əlaqələrin sağlam təməllər üzərində qurulması öz nəticəsini göstərməkdədir. Komandalarımızın və ayrı-ayrı idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı diaspor nümayəndələrindən ibarət böyük azarkeş qrupu onlara davamlı dəstək verir. Bunu idmançılarımız və idman ictimaiyyəti də daim yüksək qiymətləndirir. Müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi, paralimpiyaçılarımızın iştirak etdiyi dünya kuboku turnirləri, Qarabağ qazilərindən ibarət Azərbaycan Amputant Futbol komandasının Varşavada keçirilən “Amputa Futbol-2019” oyunları, Qazaxıstanın Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı, Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı və digər bu kimi tədbirlər zamanı Komitə xaricdə yaşayan soydaşlarımıza çağırışlar edib və onlar kütləvi şəkildə idman arenalarına gələrək komandalarımıza dəstək olublar.

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda da xaricdə yaşayan soydaşlarımızın stadiona gəlişinin təmin olunması üçün Komitə tərəfindən lazımi addımlar atılıb. Bunun nəticəsində Belçika, Niderland, Fransa, Almaniya, İsveçrə, Lüksemburq və digər Avropa ölkələrində yaşayan 350-dən çox soydaşımız stadionda “Qarabağ”a azarkeşlik edib. Oyundan əvvəl və oyun zamanı davamlı şəkildə soydaşlarımızla əlaqə saxlanılıb.

Bəyanatda daha sonra deyilir: “Matç zamanı təxribat törədilməsi – Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin əski parçasının stadion üzərində görünməsi zamanı da azarkeşlərlə dərhal əlaqə yaradılıb, vəziyyət öyrənilib, onların faktla bağlı hərəkət və münasibətləri koordinasiya olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi təkcə beynəlxalq yarışlar zamanı deyil, hər vaxt xaricdə yaşayan soydaşlarımızı vahid amalımız olan Azərbaycan dövlətçiliyi naminə birləşməyə dəvət edib.

Dövlət Komitəsi bəyan edir ki, gələcəkdə də xaricdə yaşayan soydaşlarımızın idmançılarımıza azarkeş dəstəyi təmin olunacaq. Eyni zamanda, beynəlxalq idman yarışları zamanı hər hansı təxribatın törədilməsi halları qətiyyən yolverilməzdir və baş verən hadisənin məsuliyyəti təxribatçı qrupların, eləcə də onlara havadarlıq edən qüvvələrin üzərinə düşür.

Avropa ölkələri bir daha şahid oldu ki, azərbaycanlılar Avropada təşkilatlanmış formada fəaliyyət göstərir və bu idman bayramına da kütləvi şəkildə qatılıblar. Ermənilər isə harada yaşamağından asılı olmayaraq, öz xislətindən əl çəkmir və istənilən radikal təxribatçı addımlar ata bilərlər.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızı təxribatlar zamanı soyuqqanlı olmağa səsləyir və inanır ki, bu təxribatçı hərəkətə hüquqi qiymət veriləcək.MediaZona.Az

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib