Daşkəsəndə görünməmiş VƏHŞİLİK

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

Modern.az-a daxil olan məlumata görə, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.

Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır.
Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların – leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu “canavar ovçusu”na kənddə “gözün üstə qaşın var” deyən yoxdur. “Bu oğlan kənddə “at oynadır”. Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik”, – deyə Xoşbulaq sakinlərindən biri deyib.

Qeyd edək ki, Daşkəsəndə olan turistlərdən biri sözügedən mənzərəni fotolentə alaraq redaksiyamıza göndərib.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Daşkəsənin hüquq-mühafizə orqanları məsələylə bağlı hüquqi ölçü götürəcək və təbiət düşməni layiqli cəzasına çatdırılacaq. MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi