Ələt-Astara magistral yolunun 125-128-ci kilometrliyində yanğın baş verib.
Magistralın kənarındakı əksər ərazilərdə biçilməmiş quru kollar alışaraq, sürücülərin yol hərəkətinə maneə törədib.
Hadisəni nəzarətə götürən YPX əməkdaşları əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətini köməyə çağıraraq, yanğının lokallaşdırılmasını və ərazidən keçən avtomobillərin maneəsiz hərəkətini təmin ediblər. MediaZona.Az
https://www.facebook.com/fatima.pashayeva.5/videos/2455505504510172/







