YPX əməkdaşını bıçaqladılar

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Cəlilabad rayon Yol Polisi Bölməsinin əməkdaşı Rauf Sübhan oglu Məmmədovu Yardımlı rayonunun sakinləri  bıçaqlayıb.

Aralarında yaranan insident zamanı həmin şəxslər Rauf Məmməfova bir neçə bıçaq zərbəsi vurduqdan sonra idarə etdikləri “BMW-X5” markalı avtomobillə hadisə yerindən qaçıblar.

Lakin məsələyə cəld reaksiya verən Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11 taqımının komandiri, mayor Hikmət Qafarov və taqımın inspektorları baş serjant Ramil Tapdıqov, baş serjant Vahid Huseynov və serjant Nurlan Həsənov operativlik göstərərək, hadisə yerindən qaçan şəxslərin olduğu “BMW-X5” markalı minik avtomobilini aşkar edərək saxlayıblar.

Avtomobil Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma dayanacağına qoyulub.

Şahidlərin dediyinə görə, polis əməkdaşını bıçaqlayan Yardımlı rayon sakini Ceyhun adlı şəxs olub.

Ümumilikdə hadisəni törədənlər beş nəfər olub. Avtomobili idarə edən isə Yardımlı rayon sakini İbayev Sərvər Teymur oğludur.

Faktla bağlı araşdırmalar aparılır.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi