Məqsəd süni şəkildə QHT-ləri bu prosesdən kənarlaşdırmaqdır -Nazirliyin qərarına irad

Təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.  İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır.
Lakin İctimai Şuralara seçkilər ilə bağlı qaydalar ilə bağlı bəzi suallar meydana çıxıb.
Məsələyə ilk etiraz edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai birliyinin sədri Cəsarət Hüseynzadə olub.
“Bu gün çox sevindik ki, daha bir nazirlik nəhayət ki, İctimai Şuranın yaradılması təşəbbüsü ilə çıxış edib. Lakin sevincimiz uzun çəkmədi.  Ictimai Şuranın yaradılması ilə bağlı qaydalarla tanış olduqda dəhşətə gəldim. Cənab prezident ictimai iştirakçılığın vacibliyini qeyd edir. Lakin bəzi strukturlar bu məsələdə əks mövqe tuturlar.
Təsəvvür edin ki, hər hansı QHT səsvermədə iştirak etmək üçün, təşkilat nümayəndəsi şəxsiyyət vəsiqəsini, QHT şəhadətnaməsini və nizamnaməsini notariat qaydasında təsdiq etməlidir.
Bu, təqribən 25- 30 manat edir. Əgər seçkidə 100 QHT iştirak edəcəksə bu vəsait 2500-3000 manat civarında olacaq.  Bu günə kimi müxtəlif qurumlar İctimai Şuranın yaradılması ilə bağlı seçkilər keçirib. Heç bir qurumda bu hal baş verməyib. Məqsəd süni şəkildə QHT-ləri bu prosesdən kənarlaşdırmaqdır. Hesab edirəm bu qərar təcili dəyişdirilməlidir.”
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi