Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatı Gənclər Birliyi “ Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşuldu

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “ Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə sovqat paylayıblar. Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov, sədrin müavini Elturan  Həşimov və partiyanın digər fəalları tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış olublar.

YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov bildirib ki, ölkənin ictimai – siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır.  Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də  YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi