“Tiflisdən Paneyə” filminin təqdimatı olub

Diasporla İş üzrə Dövlət Komitəsində “Tiflisdən Payneyə” filminin təqdimatı olub. Film Azərbaycanın görkəmli şairi, XIX əsr Azərbaycan ədəbiyyatında maarifçiliyin nümayəndəsi olan Mirzə Şəfi Vazehin 225 və alman şairi Fridrix fon Bodenştedtin 200 illlik yubileyinə həsr edilib.

Dövlət Komitəsinin sədri çıxış edərək, belə bir sənət əsərinin yaradılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşına, ədəbiyyatına diqqətlə, qayğı ilə yanaşıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident yaradıcı insanlara hər zaman xüsusi diqqət göstərir. Azərbaycan Prezidentinin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 3 fevral 2014-cü il tarixli sərəncamı bunun bariz nümunəsidir.

“Tiflisdən Payneyə” sənədli filminin ideya müəllifi, Alman-Azərbaycan cəmiyyətinin sədri professor Çingiz Abdullayev filmin yaranması və mahiyyəti barədə məlumat verib.

Sənədli filmin nümayişindən sonra AMEA-nın akademik katibi Teymur Kərimli, Mirzə Şəfi Vazeh irsinin tədqiqatçısı, professor Akif Bayramov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və başqaları ekran əsərinin məziyyətləri barədə ətraflı danışıblar.

Sonda filmin ssenari müəllifi Yasəmən Quliyevaya diplom, yaradıcı heyətinin üzvlərinə isə xatirə hədiyyələri təqdim olunub.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi