Qapalı Bakı görüşünün SİRRİ, 2050-ci ilə qədər MÜHARİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu bildirib. Rəsmi Bakı OCCRP adlı qurumun xarici mediada yayılmış materialına cavab verib. “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağda müharibə xəbərdarlığı ediblər. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu söyləyib. Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzlüyü ilə bağlı müzakirələrə sona qoymaq üçün oktyabr ayında müzakirələr aparacaq. Pxenyan tərəfindən həyata keçirilən son nüvə sınağından sonra Koreya ətrafında vəziyyət daha da gərginləşib. İŞİD Avropa ölkələrində terror aktları törətməyə hazırlaşır. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Avropada qitəmiqyaslı hücuma hazırlaşdığını bildirib.
Azərbaycan, Dağlıq Qarabağ
“Ermənistan danışıqlar prosesinin uzadılmasında maraqlıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni ilə görüşündə deyib.
Prezident: “Ermənistan danışıqlar prosesinin uzadılmasında maraqlıdır”- FOTO (YENİLƏNDİ)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda planlaşdırılan görüşü qüvvədədir. Ermənistan xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, görüş güman ki, sentyabrın 20-də keçiriləcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün keçiriləcəyi tarixi açıqlamasa da, Edvard Nalbandyanla işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması məsələsini müzakirə edəcəklərini söylədi.
Bakının mövqeyi aydındır, çox güman ki, İrəvan da Nyu-Yorkda ərazilərin qaytarılması məsələsi üzərində ciddi dayanılacağını anlayır və buna hazırlaşır.
Ermənistanın “Aykakan jamanak” qəzetinin İrəvanda Qarabağla bağlı aparılan müzakirələr və hazırlanan planlar haqda yazdıqları görüş öncəsi diqqət çəkir.
Bakı son ŞƏRTİNİ İRƏLİ SÜRDÜ: Sarkisyan Azərbaycana gəldi və qapalı Qarabağ müzakirələri başladı
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrə münasibət bildirib.
Prezidentin Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Bildirilir ki, prezident və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Tthe Organized Crime and Corruption Reporting Project” (OCCRP) adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı Azərtac-a açıqlama verib.
Prezidentin köməkçisi: “OSSRP-nın iddiaları qərəzli, əsassız və təxribat xarakterlidir”
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirib.
Əli Həsənov: “Washington Post” feyk məlumatlar üzrə ixtisaslaşmış nəşrdir”
“Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktyoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”.
Bunu Feysbukdakı səhifəsində Azərbaycan Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov yazıb.
Novruz Məmmədov: “Corc Soros özünü beynəlxalq münasibətlərin əsas aktyoru kimi aparır”
“Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq”. Bu proqnozla “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin inkişafını şərh edərkən çıxış edib.
Ekspertlər əmindirlər ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına az vaxt qalıb.
Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər.
“Mümkündür ki, 2017-ci ilin sonunda Qarabağ ətrafında hərbi hərəkətlər aktivləşəcək və geniş müharibə başlanacaq. Hazırda regionda davam edən atışmalar proseslərin bu cür inkişafını proqnozlaşdırmağa imkan verir”, – deyə ekspertlər vurğulayıb.
Nəşr həmçinin, qeyd edir ki, dünya oyunçuları da bu müharibəyə qoşula bilər: “Bu isə toqquşmaları daha gözlənilməz və təhlükəli edəcək”.
ATƏT Parlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr və diskussiyalar olacaq. Bunu Azərbaycanda səfərdə olan ATƏT PA sədri Kristina Muttonen deyib.
Sentyabrın 6-da Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib.Toplantı çərçivəsində “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb. Nazirlər görüşün yekununa dair birgə Bəyannamə qəbul ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş zamanı deyib.
Nazir qeyd edib ki, səfərin Nyu-York BMT Baş Assambleyasının iclasından (19-25 sentyabr) sonra baş tutacağı gözlənilir.
Sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşdü. Qapalı keçirilən görüş fonunda üç məqam diqqət çəkir:
NATO və Rusiya generallarının qapalı Bakı görüşünün SİRRİ: gizli müzakirələrin DETALLARI
Sentyabrın 7-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilərin yaratdığı qondarma “DQR” rejiminin “prezidenti” Bako Saakyanın “andiçmə mərasimi” keçirilib.
Ermənistan
NATO-nun Gürcüstanda növbəti təlimləri başlayıb. “Agile Spirit 2017” adlanan təlimlər 3-11 sentyabr tarixlərini əhatə edəcək. Təlimlə bağlı diqqət çəkən məqam isə Şimal Alyansının Rusiya sərhədlərinin dibində “at oynatmasından” daha çox, Ermənistanın təlimdə iştirakdan imtinasının müzakirə edilməsidir.
Bundan öncə, NATO-nun Gürcüstanda iyulun 20-dən başlayaraq, avqustun 13-nə qədər davam edən “Noble Partner 2017” adlı təlimlərində erməni hərbiçilər iştirak edirdi və bu həm Qərbdə, həm də Ermənistanın özündə “İrəvan Rusiya boyunduruğundan xilas olur” ajiotajını yaratmışdı.
Putin Sarkisyanı söydü və bunu soruşdu: İrəvanda NATO-ya görə DÖYÜŞ BAŞLANIR
ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin alovu Ermənistanı vurur. Gürcüstanda keçirilən NATO təlimlərindən Putinin göstərişi ilə son anda imtina edən işğalçı ölkə çətin vəziyyətdədir.
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında “Bizim istəyimiz Ermənistanın suveren qərarlar qəbul edə bilib-bilmədiyindən arxayın olmaq, hansı iqtisadi və siyasi modeli seçdiyini görməkdir” sözləri Vaşinqtonun İrəvan qarşısında son şərtini irəli sürdüyünü göstərir.
Ordu iki ay sonra İrəvana girə bilər: Ermənistanı məhv edəcək ÖLÜMCÜL ZƏRBƏ
Ermənistan nüvə silahına malikdir. Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan söyləyib. Onun sözlərinə görə, Ermənistana nüvə silahı SSRİ zamanından qalıb. Jurnalistin “belə bəyanatdan sonra siz Ermənistanın Şimali Koreya kimi sanksiyalara məruz qalacağından qorxmursunuz?” sualına Baqratyan “Ermənistan hansısa vasitə ilə özünü Azərbaycandan qorumalıdır” deyə cavab verib.
Qeyd edək ki, o, bundan öncə dəfələrlə eyni bəyanatla çıxış edib. O iddia edirdi ki, İrəvana bu silah 70-ci illərdə verilib.
Çinə birinci rəsmi səfəri zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Çin silahlarının alınmasında maraqlı olduğunu bildirdi. Baxmayaraq ki, Ermənistan Rusiya ilə artıq bir sıra müqavilələr bağlayıb. İki il əvvəl Moskva İrəvana hərbi məhsulların əldə edilməsi üçün 200 milyon dollar ölçüsündə ixracat krediti verib.
Lakin ekspertlərin fikrincə, əslində Çin silahı Ermənistana o qədər də lazım deyil və əsas məqsəd Rusiyanı şantaj etməkdir.
Rusiya Çinlə əvəz edilir: İrəvanda Moskvaya qarşı QİYAM
Türkiyə, İran, Yaxın Şərq, Mərkəzi Asiya
Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzlüyü ilə bağlı müzakirələrə son qoymaq və ya təxirə salmaq üçün oktyabr ayında müzakirələr aparacaq. Bu haqda Almaniya kansleri Angela Merkel bildirib. Merkel Avropa ölkələrini Türkiyə ilə bağlı vahid mövqe sərgiləməyə çağırıb.
Türkiyədəki müasir siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqları davam etdirməyə imkan vermir. Bu haqda Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner “France Inter” radiostansiyasının efirində bildirib.
Paris Merkelə dəstək verdi: Ankara B və C planlarına keçir
Sentyabrın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət müşaviri (baş nazir səlahiyyətlərinə malikdir) Aung San Suu Kyi arasında telefon söhbəti baş tutub.
Telefon söhbətində Myanmada müsəlmanlara qarşı həyata keçirilən zorakılıq və qırğınların qarşısının alınması müzakirə olunub.
Ərdoğan Arakan müsəlmanlarına qarşı qeyri-insani hərəkətlərdən dərin narahatlığını dilə gətirib.
“Nobel” namizədi və dissidentdən QƏTLİAM ƏMRİ: On minlərlə insan niyə öldürülür?
Amerikalı senatorlar Türkiyəyə görə təcili toplantı keçiriblər. Buna səbəb Türkiyənin Rusiyadan S-400 raketlərini alması olub.
Amerikalı senatorlar bu vəziyyətdən narahat olduqlarını bildiriblər. Demokratlar ABŞ-ın müttəfiqi Türkiyənin bu addımının “Rusiya-İran-Şimali Koreyaya qarşı sanksiyalar” qərarının 231-ci maddəsinə uyğun gəlmədiyini qeyd ediblər.
Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb. Bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın “Hizbullah” təşkilatına yaxın mənbə bildirib.
Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.
Hazırda Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zordan 35-40 kilometr cənubda İŞİD-ə qarşı sərt döyüşlər aparırlar.
Rusiya aviasiyasının Suriyanın Deyr-ez-Zor bölgəsində İŞİD terror qruplaşmasının nəzarət məntəqəsini bombalaması nəticəsində İŞİD-in “müdafiə naziri Gülmurad Xalilov məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xalimov və üç nüfuzlu səhra komandiri nəzarət məntəqəsində müşavirə zamanı məhv edilib. Aviazərbələr nəticəsində həmçinin İŞİD-in qırx sıravi döyüşçüsü və əlaqə qrupu məhv edilib.
Qeyd edək ki, Xalimov karyeraya hələ sovet xüsusi təyinatlı dəstəsində başlayıb.
Rusiya aviasiyası İŞİD-in “müdafiə naziri”ni məhv etdi – FOTO
ABŞ Suriyanın Deyr əz-Zor şəhərindən İŞİD-in 20 səhra komandirini evakuasiya etməyib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Adrian Renki Qellouey söyləyib. Onun sözlərinə görə, Rusiya mətbuatının yaydığı bu informasiya həqiqəti əks etdirmir.
Qeyd edək ki, bundan öncə Rusiyanın “RİA Novosti” agentliyi ABŞ hərbi vertolyotunun Suriyadan İŞİD liderlərini çıxardığı haqqında informasiya yaymışdı.
Amerika vertolyotu İŞİD-in səhra komandirlərini… – Rusiyadan ŞOK İDDİA
İŞİD terror qruplaşmasının lideri Əbubəkd əl-Bağdadi aldığı məğlubiyyətlərə qisas olaraq Böyük Britaniya və başqa Avropa ölkələrinə qarşı terror hücumlarının yeni dalğasını hazırlayır. Bu haqda Şimali İraq kürd muxtariyyətinin anti-terror güclərinin yüksək vəzifəli nümayəndəsi Lahur Tələbaniyə istinadən “Teleqraf” qəzeti yazıb.
Avropaya qanlı hücumlar hazırlanır – Qisas MÜHARİBƏSİ
Rusiya Tu-154 tipli nəqliyyat təyyarələri ilə xüsusi təyinatlı dəstələrini Suriyanın Lazkiya bölgəsindən paytaxt Dəməşqə köçürür. Xüsusi təyinatlı qüvvələrinin paytaxt Dəməşqdən İŞİD-lə şiddətli döyüşlərin getdiyi Deyr əz-Zor bölgəsinə göndəriləcəyi ehtimal olunur.
Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib. Qeyd edək ki, muxtariyyət müstəqillik referendumunu sentyabrın 25-nə təyin edib. Muxtariyyətin başçısı Məsud Bərzani bildirib ki, referendumu təxirə salmaq niyyətində deyillər.
Kürd muxtariyyətinin nümayəndələrinin fikrincə, seçicilərin mütləq əksəriyyəti, yəni 2,5 milyondan çoxu müstəqilliyə səs verərsə, onda Suriya, İraq, Türkiyə və İranın kürd ərazilərinin ayrılması prosesi dönməz xarakter alacaq.
Dörd ölkə torpaq itirə bilər: Yaxın Şərq yeni MÜHARİBƏYƏ GEDİR
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Gürcüstanda NATO-nun keçirdiyi “Çevik ruh 2017” təlimi alyansın bundan öncə Qafqazda keçirdiyi digər təlimlərə bənzəyir. Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
“Gürcüstana “Abrams” tankları gətirilib. Bunun məqsədi Gürcüstana tank desantının çıxarılacağı təqdirdə onun yerli şəraitə uyğunluğunun yoxlanılmasıdır. Üstəlik, NATO üçün önəmli olan gələcəkdə döyüş fəaliyyətlərinin olacağı bölgələrdə mövcudluğudur. Hərbçilər və zabitlər döyüş fəaliyyətlərinin olacağı bölgənin landşaftı, iqlimi, relyefini tanımalıdırlar. Avropada böyük müharibə ehtimalı son dövrlər artıb. Rusiya ilə Gürcüstan arasında müharibənin olması ehtimalını istisna etmək olmaz. Bu, ümumi Avropa müharibəsinə hazırlıq məqsədi daşıyır. Rusiya Baş Qərargahının hesabatına görə, bu müharibə 2025-ci ildə başlamalıdır”, – deyə o bildirib.
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Avropada genişmiqyaslı müharibələrdən xəbər verib. “Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” proqramının qonağı olan siyasətçi dünyanın müharibələrə doğru getdiyini bildirib.
2050-ci ilə qədər müharibə, 100 milyonlarla ölü – DƏHŞƏTLİ PROQNOZ
ABŞ-ın dövlət katibi Reks Tillersonun istefası haqqında şayiələrin yeni dalğası yaranıb. “Foreign Policy” nəşrinin məlumatına görə, Tillersonu bu postda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli əvəz edə bilər.
Qeyd edək ki, Tillersonun dövlət katibi postunu tərk edə biləcəyi barədə iddialar daha əvvəllər də səslənib.
Tramp Tillersonu postundan kənarlaşdırır
Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlərə cavab üçün Moskvada bir çox variant var. Bunu Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bildirib.
Diplomatın fikrincə, cavab variantlarının tətbiqindən əvvəl yaranmış vəziyyətə dəqiq baxmaq lazımdır.
“Əminəm ki, öz addımlarımızı sakitcə müəyyən edəcəyik və hansısa cavab hərəkətlərinə təşəbbüs edəcəyik. Bunun üçün variantlar çoxdur”, – diplomat deyib.
Moskva və Vaşinqtonun əməkdaşlıq üçün perspektivlərə malik olduğunu deyən diplomat həmçinin vurğulayıb ki, ABŞ daha mütləq hökmranlıq üçün imkanlara malik deyil.
ABŞ-ın dünya hökmranlığı başa çatdı: Rusiyadan cavab VARİANTLARI
ABŞ Dövlət Departamenti Rusiya ilə münasibətləri normaya salmaq istəyir.Lakin görünür ki, Vaşinqtonun bu məsələdə vahid fikri yoxdur. Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
“Bu həftə ABŞ-da Rusiyanın diplomatik nümayəndəliklərinin binalarında Federal Təhqiqatlar Bürosu tərəfindən təşkil edilən axtarışlar haqqında çox şey söylənilib. Bizdə olan məlumata görə, Rusiya diplomatlarına qarşı yaradılan münasibətin arxasında Amerika xüsusi xidmət orqanlarının əməkdaşları durur”, – deyə o bildirib.
Koreya böhranı
Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketin növbəti sınağına hazırlaşır. Bu haqda mənbələrə istinadən “Asia Business Daily” nəşri bildirib.
Xəbərə görə, Cənubi Koreya kəşfiyyatı qitələrarası ballistik raketin KXDR-in qərb sahilinə daşınması barədə informasiya əldə edib.
Pxenyan sentyabrın 9-a hazırlaşır: Kəşfiyyat AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə silahının mövcudluğunu təsdiq edib. Amma, onun sözlərinə görə, istənilən növ sanksiyalardan istifadə faydasız və effektsizdir.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen hərbi yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.
Putin: “Onlar ot yeyərlər, amma bunu etməzlər”
Koreyada heç bir müharibə olmayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
“Koreya böhranı amerikalılara lazımdır. Onlar bunun vasitəsilə Cənubi Koreyaya nüvə silahı gətirmək, donanmalarını və hava hücumundan müdafiə sistemlərini burada yerləşdirmək istəyirlər. Koreya müharibəsi olmayacaq. Buradakı silahlar isə gələcəkdə Çin və Rusiyaya qarşı yönəldiləcək”, – deyə o bildirib.
Cenevredə keçirilən Silahsızlaşdırma Konfransında danışan Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Han Tae Sonq ölkəsinin həyata keçirdiyi sonuncu müdafiə hərəkətini ABŞ-a hədiyyə adlandırıb. “ABŞ Şimali Koreyaya qarşı təzyiq məqsədilə yersiz cəhdlərini davam etdirərsə, daha çox hədiyyə paketi alacaq ”, – deyə o bildirib.
Yaponiya Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi hidrogen bombasının nüvə yükünün gücü haqqında məlumatları dəyişdirib. Bu haqda Yaponiyanın müdafiə naziri İsunori Onodera NHK televiziya şirkətinə bildirib.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.
Şimali Koreyanın hidrogen bombasının gücü açıqlandı
Emosiyalara qapılıb Şimali Koreyanı küncə sıxışdırmağa ehtiyac yoxdur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin cənubi koreyalı həmkarı Mun Çje ilə görüşü zamanı danışıb.
“Şimali Koreya problemini yalnız sanksiyalarla həll etmək mümkün deyil. Soyuqqanlı olmaq və gərginliyin artmasına səbəb olan addımlardan qaçmaq lazımdır. Rusiya Pxenyanın nüvə statusunu tanımır. Müttəfiqlərimizi Moskvanın iştirakı ilə yaradılan münaqişənin həll yolu xəritəsinə diqqət yetirməyə çağırırıq”, – Vladimir Putin bildirib.
Şimali Koreyaya qarşı sanksiyalar bu dövlətin məhvinə yönəlsə, Moskva bunu dəstəkləməyəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov söyləyib.
“Biz anlamalıyıq ki, nüvə silahı və raket proqramı Şimali Koreyanın imtina edəcəyi sonuncu şey olacaq. Biz buna görə də Şimali Koreyaya qarşı sanksiya təzyiqinin məqsədlərini anlamalıyıq. Əgər hədəf bu ölkəni boğmaqdırsa, Rusiya bunda iştirak etməyəcək”, – deyə o bildirib
Son vaxtlar dünya KİV-inin gündəmində olan mövzulardan biri də Koreya böhranıdır. Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-ı dəfərlərlə nüvə zərbəsi ilə hədələməsi vəziyyətin ciddiliyindən xəbər verir.
Pxenyan nüvə silahını işə salarsa, ABŞ-ın buna cavabı necə olacaq?
“The National Interest” nəşrinin hərbi məsələlər üzrə redaktoru Deyv Macumdar bu suala cavab olaraq yekdil fikrin olmadığını yazıb. Amma onun sözlərinə görə, əksəriyyət hesab edir ki, belə hərəkətə yeganə mümkün cavab nüvə zərbəsi olacaq.
ABŞ nüvə zərbəsinə necə cavab verəcək? – MÜMKÜN VARİANTLAR
“ABŞ Koreya yarımadasında sülh istəyən beynəlxalq cəmiyyətin iradəsinə məhəl qoymur. Vaşinqtonun yalnız bir hədəfi var: müharibə”. Bunu jurnalistlərə Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətinin başçısı Kim Yon Ce söyləyib:
Onun sözlərinə görə, Pxenyan ABŞ-ın sanksiyaları və KXDR-ə təzyiq cəhdlərinə güclü əks-tədbirlərlə cavab verəcək.
“Atom silahına malik olduğumuzu unutmasınlar!” – ABŞ-a TƏHDİD
Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir. Bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib.
“Bu çox ağır gün olacaq, amma Amerika Silahlı Qüvvələri belə vəzifəni yerinə yetirməyə hazırdır”, – ABŞ prezidenti vurğulayıb.
Dövlət başçısı həmçinin vurğulayıb ki, öz sələflərindən fərqli olaraq, Koreya Xalq Demokratik Respublikası barəsində ABŞ-ın xarici siyasət strategiyasının təfərrüatları açıqlamağa hazırlaşmır.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı Ukrayna deyil, Rusiya ilə bağlıdır. Bu haqda “The Atlantic Council” üçün məqaləsində ekspert, Strateji kommunikasiyaları üzrə hökumət və qeyri-hökumət institutlarının məsləhətçisi Lad Kosliski yazıb.
Onun sözlərinə görə, KXDR-ə raket texnologiyalarının qanunsuz çatdırılması barədə Kiyevin ünvanına irəli sürülən ittihamlar əslində Rusiyanın Kiyev və Qərbə qarşı apardığı hibrid müharibənin daha bir nümunəsidir.
Müəllif qeyd edir ki, “New York Times” nəşrinin məqaləsi Rusiya xüsusi xidmət orqanlarının xüsusi kəşfiyyat əməliyyatının elementlərini özündə saxlayır.
Putinin 2007-də elan etdiyi MÜHARİBƏ: Rusiya kəşfiyyatının 4 mərhələli PLANI
Ukrayna
“Ukraynaya ölümcül silahların çatdırılması ABŞ-ın suveren qərarıdır, Rusiya bu qərara təsir edə bilmir”. Bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.
Eyni zamanda, dövət başçısı qeyd edib ki, Ukraynaya silah çatdırılması haqqında qərarın qəbul olunması problemin nizama salınmasına kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq.
O həmçinin bildirib ki, Ukraynanın Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.
“Rusiya döyüşçüləri Ukraynanın digər regionlarına…” – Putindən TƏHDİD
Avropa Şurası yanında Ukraynanın daimi nümayəndəsi Dmitri Kuleba hesab edir ki, Vladimir Putin Donbasda sülh missiyasının tətbiqi məsələsində Kiyevin təşəbbüsünü ələ keçirir.
“Sülhməramlılar haqqında təşəbbüsün müəllifi Ukrayna prezidenti Pyotr Poroşenkodur. Onda deyirdilər ki, bu, qeyri-realdır. İndi Putin təşəbbüsü ələ keçirməyə çalışır. Hər şey realdır”, – ukraynalı diplomat Tvitter səhifəsində yazıb.
“Rusiya prezidenti Vladimir Putinin Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə ideyası göstərir ki, Moskva münaqişənin dondurulması xəttini yürütməyə hazırdır”. Bu haqda Rusiya politoloqu və publisisti Andrey Piontkovski bildirib.
Politoloq qeyd edir ki, ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar bugünkü mövqeyini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının Moskvanın təklifi ilə raşılaşacağı qeyri-real görünür.
Eyni zamanda, Piontkovski bildirir ki, Putin Donbasda münaqişənin eskalasiyasına gedə bilər.
“Putin münaqişəni dondurmaq və özü üçün..” – Moskvanın PLANLARI AÇIQLANDI
Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib. Bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib. Nazir müavini qeyd edib ki, Ukrayna M.Saakaşvilinin axtarışa verilməsi, saxlanması və ekstradisiyası barədə müraciət alıb.
Bununla belə Saakaşvili Ukraynaya qayıdacağı tarixi növbəti dəfə açıqlayıb.Saakaşvili sentyabrın 10-u saat 12-də Ukrayna-Polşa sərhədində yerləşən “Krakov” sərhəd-keçid məntəqəsində olacağını bildirib.
Saakaşvili həmçinin əlavə edib ki, hakimiyyət onun gəlişinə hazırlaşır.
“Ağlını itirmişlər hərbi kəşfiyyatın bir hissəsini şərq cəbhəsindən geri çəkərək qərb sərhədinə göndərib. Milli Qvardiya və “Azov” alayının bir hissəsi də Polşa sərhədinə yerləşdirilib”, – Saakaşvili deyib.
Gürcüstanın keçmiş prezidenti əmindir ki, Ukrayna hakimiyyəti şərqdəki düşmənindən (Rusiya nəzərdə tutulur- red.) daha çox ondan qorxur. Bütün çətinliklərə baxmayaraq, Saakaşvili Ukraynaya qayıtmaq niyyətindədir.
Rusiya Donbasda “Qarabağ layihəsi”ndən artıq istifadə etməyəcək. Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı məşhur terrorçu, Donbas separatçılarının keçmiş “müdafiə naziri” İqor Strelkov söyləyib.
“Novorusiya” layihəsi 2014-cü ildə dəfn edilsə də, Moskva bundan uzun zaman ərzində bəhs etməyib. Bundan sonra “Böyük Dnestryanı” layihəsi ortaya atıldı, amma hökumət bu məsələdə də susdu. Bu layihəyə əsasən, Novorusiya və Ukraynadan tam imtina edilir, Krım isə Donbasla mübadilə olunur. Ən son layihə isə Qarabağ müharibəsi tipində konflikti dondurmaq idi. Bu layihə isə maydan sentyabra qədər keçərli olub. Deyirdilər ki, konflikt dondurulacaq, Donbasda hər şey Qarabağdakı kimi olacaq. Bu gün Putin BMT sülhməramlılarını Donbasa çağırmaqla onu da dəfn etdi. Moskva burada artıq Yuqoslaviya variantını işə salıb, yəni o öz gələcəyi haqqında düşünməyə başlayıb”, – deyə o bildirib.
Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimləri Moskva tərəfindən genişmiqyaslı müharibəyə hazırlıqdır.Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya illik müraciətdə deyib.
“Təlimlərin kontinental miqyaslı hücum müharibəsinə hazırlıq olduğuna dair sübutlar çoxdur”, – Poroşenko bildirib.
Qeyd edək ki, Qərb nəşrləri “Qərb-2017” (sentyabrın ortalarında keçiriləcək – red.) hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb.
Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır – Prezident AÇIQLADI
Pyotr Poroşenko söyləyib ki, Ukraynada islahatlar başa çatmadan öz dövlətçiliyini itirə bilər. “Ən pis ssenari Ukraynada islahatlar başa çatmadan bizim öz dövlətçiliyimizi itirməyimiz ola bilər. Mən buna imkan verməyəcəm. Optimist ssenari isə uğurlu Avropa Ukraynası yaratmaqdır. Qələbə isə bizim çağırışları doğru dəyərləndirib, onlara cavab verməyimizdən asılıdır”, – deyə o bildirib.
Myanmarın Arakan bölgəsin də müsəlmanlara dini təhsil verən İslam alimi Şah Cenah Məhəmməd Hüseyn avqustun 31-də, səhər saatlarında evinin qarşısında ailəsiylə birlikdə buddistlər tərəfindən diri-diri yandırılaraq öldürülüb. Xarici KİV-in məlumatına görə, açdığı mədrəsədə minlərlə adama din təhsili verən Məhəmməd Hüseyn öncəki illərdə də Myammar hökuməti tərəfindən təzyiqlərə məruz qalırmış.
107 yaşlı professor Məhəmməd Hüseynin Darul ulum Ahmadun İslam Unversitetinin baş müəllimi, eyni zamanda hədis alimi olduğu bildirilir.
Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib.İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.
İspaniyada vətəndaş müharibəsi başlayır? – Hərbi müdaxilə variantı MASADA
İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqillik referendumu barədə qərarını təxirə salıb. Kataloniyalı liderlər isə məhkəmə qərarına məhəl qoymadan referendum keçirəcəklərini bildirib.