Tiflisdə aksiya: Saakaşvilinin xanımı istefa tələb edir
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə növbəti aksiya keçirilib.
Bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, yürüş keçirən etirazçıların aksiyanın 10-cu günündə də tələbi Daxili İşlər naziri Georgi Qaxariyanın istefası olub.
Yürüşün Birinci Respublika meydanından Azadlıq meydanına qədər davam edəcəyi bildirilib. Aksiyaya Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs rəhbərlik edir.MediaZona.Az