Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunub

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Diasporlar İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və digər tərəfdaşların iştirakı ilə Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Yubiley mərasimində rəssamın əsərlərindən ibarət kataloqun, eyni zamanda T.Rzayevdən bəhs edən kitabın təqdimatı olub. Mərkəzin foyesində rəssamın əsərlərinin sərgisi də təşkil olunub.

Yubiley mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və başqaları çıxış edərək yubilyarın zəngin yaradıcılığından, Azərbaycanla Türkiyə arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrdən, Azərbaycan diasporuna xidmətindən danışıblar.

Daha sonra Teymur Rzayevin həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş edilib, yubilyara fəxri diplom və hədiyyələr təqdim olunub.

Yubiley konsert proqramı ilə davam edib.

Qeyd edək ki, əməkdar rəssam Teymur Rzayev hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Türkiyənin Yeditəpə Universitetinin dosentidir. O, fəaliyyətini Türkiyədə davam etdirir və Azərbaycan diasporunun inkişafına göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi