“Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçirilib

Bakının Pirallahı rayonunda “Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçirilib.

Tarixi rekonstruksiya formatında keçirilən festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festival Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin banisi Şəmsəddin Eldənizə həsr edilib.

Qeyd olunub ki, layihə vətənpərvərlik tərbiyəsi məqsədini daşıyır və əsas ideya müxtəlif teatrların peşəkar aktyorları ilə yanaşı, tamaşada gənclər və tələbələrin kütləvi şəkildə iştirak etməsidir. “Düşünürəm ki, belə festivallar gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində atılan növbəti addımdır. Bu, imkan verir ki, gənclərimiz tariximizlə canlı şəkildə ünsiyyətdə olsunlar”, – deyə İ.Babayev əlavə edib.

Tarixi faktlar əsasında hazırlanmış tamaşa açıq havada, dəniz kənarında orta əsrləri əks etdirən xüsusi dekorasiyalar vasitəsilə keçmişi tamaşaçıların gözü qarşısında canlandırıb. Tamaşada istifadə edilən atlar, dəvələr və yelkənli qayıq festivala toplaşanların böyük marağına səbəb olub.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi