Bütün məmurlar, deputatlar paytaxtdan köçürüləcək

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin (Ukrayna) sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdar-qayıtmaz yenidən yerli KİV-in gündəminə düşüb.

“112” telekanalının efirində M.Saakaşvili “Ukraynanı viran həddinə çatdırmış və korrupsiyaya qurşatmış” keçmiş hökuməti tənqid atəşinə tutaraq, bütün məmurları, deputatları Kiyevdən köçürməyi təklif edib.

“Ukrayna şəhərlərinə nəzər salanda müasir standartlara cavab verən hər hansı memarlıq nümunəsi görmürəm. Çünki bu sahədə korrupsiya var, bina tikdirən bütün iş adamları korrupsiyaçıdır”, – deyə M.Saakaşvili bildirib.

Keçmiş prezident, ümumiyyətlə, inzibati mərkəzin paytaxt hüdudlarından kənarda olmasını məqsədəuyğun bilir.

 “Biz (Gürcüstanı nəzərdə tutur – red.) parlamenti Kutaisiyə köçürdük. İstərdim Ukraynada da inzibati mərkəz Kiyev hüdudlarından kənara, yeni binaya köçürülsün ki, hər şey yeni səhifədən başlasın”, – M.Saakaşvili vurğulayıb.

Xatırladaq ki, 2017-ci ildə M.Saakaşvili Petro Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından məhrum edilimiş və Polşaya qovulmuşdu. Həmin vaxt Ukrayna hökuməti onun 2021-ci ilə kimi ölkə ərazisinə girişinə qadağa qoymuşdu. Lakin mayın 28-də yeni Ukrayna Prezidenti Vladimir Zelenski onun vətəndaşlığını bərba edib və növbəti gün siyasətçi Kiyevə geri dönüb.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi