Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun Milli Qurtuluş günü ilə bağlı toplantı keçirilib. Tədbir Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Çıxış edənlər  Heydər Əliyevin misilsiz xidmətləri, zəngin siyasi təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti barədə danışıb, ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının müstəqil dövlət quruculuğu prosesində əvəzsiz rol oynadığını qeyd ediblər.

Bildirilib ki,  Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyub, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qarşıda duran problemlərin həllinə təkan verib. Görkəmli dövlət xadiminin fəaliyyəti nəticəsində xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatına yeni qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi