Avropa Şurasının rəsmiləri Vəkillər Kollegiyasında olublar

Avropa Şurasının İnsan Hüquqları Siyasəti və İnkişaf Departamentinin rəhbəri Mixail Lobovun rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olublar.

Görüşün məqsədini Avropa Şurasının 2018-2021-ci il Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Avropa Şurası arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi təşkil edir.

Qonaqları giriş sözü ilə salamlayan Kollegiyasının sədri Anar Bağırov AŞ ilə Vəkillər Kollegiyası arasında formalaşmış fayadlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnun qaldığını ifadə etmiş, xüsusilə vəkillərin və vəkillyə namizədlərin peşəkar hazırlıqlarının artırılmasında AŞ-nin dəstəyini xüsusi vurğulamış və bu xüsusda qonarlara öz təşəkkürü bildirmişdir.

Daha sonra müzakirələr çərçivəsində 2018-2021-ci illər üzrə Fəaliyyət Planına uyğun olaraq, vəkillərin davamlı tədrisi çərçivəsində onların HELP proqramı üzrə tədrisinin davam etdirilməsi, vəkilliyə qəbulub prosesinin daha da asanlaşdırılması, ilkin və davamlı tədrisə dəstək verilməsi, vəkillərin intizam icraatı prosesinin təkmilləşdirilməsi və vəkillərin etik davranış kodeksinə riayət edilməsi sahəsində fəaliyyət və sair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra AŞ-nin Departament rəhbəri Mixail Lobov çıxış edərək, Fəaliyyət Planına uyğun olaraq aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi ilə bağlı Vəkillər Kollegiyasının regional ofislərinin işinə dəstək verilməsi üzrə fikirlərini bölüşmüşdür.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi