Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb

Nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri Litvada Vilnüs Universiteti ilə tanışlıqdan başlayıb. Komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətini və Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevi universitetin rəhbərliyi qarşılayıb. Universitetin tarixi, strukturu, müəllim-tələbə heyəti barədə qısa məlumat verildikdən sonra qonaqlar burada fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olublar. Tanışlıq zamanı azərbaycanlı tələbə və müəllimlər haqqında məlumat verilib, gələcəkdə daha çox soydaşımızın bu tədris ocağında təhsil almasına dair fikir mübadiləsi aparılıb, auditoriyaya kitablar hədiyyə olunub.   

Daha sonra bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüş keçirilib. 60 nəfərə yaxın soydaşımızın qatıldığı tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb. Tədbirdə Azərbaycan diasporu və Diaspor Komitəsinin fəaliyyətilə bağlı infoqrafik video-çarx nümayiş etdirilib.

Səfir Tamerlan Qarayev çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, diqqəti diaspor hərəkatında canlanmanın müşahidə olunduğuna cəlb edib. O, Litvadan 2 nəfərin Diaspor Gənclərinin II Yay Düşərgəsinə seçildiyini qeyd edərək, onlar haqqında  da qısa məlumat verib.

Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dostluğa söykəndiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, soydaşlarımız diaspor hərəkatının gücləndirilməsi, birgə fəaliyyətin təmin olunması naminə müxtəlif ölkələrdə Koordinasiya Şuraları təsis edirlər. Bu, birgə fəaliyyət üçün çox vacibdir. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası da buna nümunədir. Şuranın artıq əlaqələndiriciləri də seçilib və ümid edirəm ki, bu Şura soydaşlarımızın daha səmərəli və aktiv fəaliyyətinə dəstək olacaqdır.

Qeyd edək ki, Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın birgə toplantısı keçirilib. Riqada keçirilən toplantıda soydaşlarımız Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

Konfransda Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Baltikyanı ölkələrdə yaşayan 100-ə yaxın soydaşımız və diaspor rəhbərləri iştirak edib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlardan, diaspor siyasətinin uğurlu nəticələrindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və vahid ideya ətrafında birləşməsinin əhəmiyyətindən danışıblar.

Komitə sədri bildirib ki, “biz müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuralarının toplantılarına dəvət alırıq və imkanlarımız daxilində çalışırıq ki, bu cür tədbirlərdə iştirak edək. Bu günkü təsis yığıncağı da Latviya, Litva və Estoniyadakı diaspor təşkilatlarını əhatə edir”.

Diaspor rəhbərləri və soydaşlarımız çıxış edərək Baltikyanı ölkələrdə mövcud olan diaspor təşkilatlarının fəaliyyəti və yeni yaradılan Koordinasiya Şurasının işinin səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər Azərbaycanın diaspor siyasətini dəstəklədiklərini bir daha diqqətə çatdırıblar.

Toplantıda maraqlı və geniş fikir mübadiləsi aparılıb.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi