Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib

Səfər çərçivəsində ilk olaraq Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüş keçirilib. Görüşdə Komitə sədri Fuad Muradov və sədr müavini Faiq Quliyev iştirak ediblər.

Rihards Kols Latviya və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. O, ölkənin diaspor siyasəti barədə məlumat verib və bu sahədə pərakəndə fəaliyyətin qarşısının alındığını diqqətə çatdırıb. R.Kols təxminən 400 minə yaxın Latviya vətəndaşının xaricdə yaşaması,  “Soydaş haqqında” qanun layihəsinin hazırlanması barədə də danışıb.

Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin  yaradılması, fəaliyyəti və qurumun hədəfləri barədə ətraflı məlumat verən Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib.

O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan nümayəndə heyətini Latviya xarici işlər nazirinin müavini Zanda Kalnina-Lukashevica qəbul edib.

Komitə rəsmilərinin Azərbaycan icması ilə görüşü də baş tutub. Görüşdən  öncə Ümummilli lider Heydər Əliyevin Latviyadakı səfirliyimizin qarşısındakı abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub.

Azərbaycan icması ilə görüşdə onların bu ölkədə fəaliyyətləri, qazandıqları uğurlar, təşkilatlanma və şəbəkələşmə imkanları barədə danışılıb, faydalı fikir mübadiləsi aparılıb.

Səfər şərçivəsində nümayəndə heyəti Latviya Dövlət Universitetinin nəzdindəki akademik kitabxananın İnformasiya Mərkəzinə də baş çəkib. Nümayəndə heyətinə kitabxananın yaradılması və fəaliyyəti barədə məlumat verilib. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində müstəsna rol oynayan kitabxanaya əlavə tədris vəsaitləri bağışlaması barədə qərar qəbul edilib.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi